Fənni-Sərfi-Türki və ya Fənni-Sərfü nəhvi-Türki (Türk dilinin qrammatikası ya da Türk fənninin sərfi) — Mirzə Məhəmməd Əfşarın o zamanlar Türk dili adlandırılan Azərbaycan dilinin qrammatikası üzrə bir dərslikdir. Bu əsər təxminən 19-cu əsrin ikinci yarısında Azərbaycan dili qrammatikasına aid azərbaycanca yazılmış ilk əsərlərdən biri kimi öz zamanı üçün ən mükəmməl bir qrammatika dərsliyi olmuşdu. Əsər dilçi-mütəxəssislər, Azərbaycan dilinin tədrisi tarixi ilə məşğul olan tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı mənbədir.
Fənni-Sərfi-Türki |
---|
Girişdə M. Əfşarın Fənni-sərfü nəhvi-türki əsərinə qədər olan dövrdə və daha geniş şəkildə XIX əsrdə Türk (Azərbaycan) dilçiliyinin tarixinə ümumi bir nəzər yetirilir, Türk (Azərbaycan) dilçilik elminin formalaşmasına təsir edən müxtəlif amillər araşdırılır, ayrı-ayrı dilçilik kateqoriyala-rının inkişafı ilə bağlı qısa xülasələr şəklində icmal verilir.
İkinci bölümdə həmçinin ayrı-ayrı morfoloji və sintaktik kateqoriyalar araşdırılmış, bu kateqoriya-ların izahında ənənəvi ərəb dilçiliyi və Avropa dilçiliyindən irəli gələn prinsiplərin nisbəti məsələsi aydınlaşdırılmış, müasir dilçiliyimizdə bu problemlərlə bağlı fərqli elmi görüşlərin şərhinə yer verilmişdi.