Fəryad (qəzet)
Fəryad | |
---|---|
Təsisçi | Mahmud Qənizadə |
Redaktor | Həbib Urmulu |
Yaranma tarixi | 21 fevral 1907[1] |
Dil | Azərbaycan dili |
Ünvan | Urmiya |
"Fəryad" — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri[1].
Tarixi[redaktə | mənbəni redaktə et]
Qəzet 21 fevral 1907-ci ildə Urmiya şəhərində nəşrə başlamışdır[1].
Mahmud Qənizadə tərəfindən nəşr olunan bu qəzetin məsul redaktoru Həbib Urmulu idi[1].
Cəmi 23 sayı işıq üzü görmüşdür[1].
Fəaliyyəti[redaktə | mənbəni redaktə et]
"Fəryad" dövrünün inqilabi-demokratik mətbuatının ön sıralarında gedirdi[1]. Həftəlik çıxan bu qəzetin səhifələrində ədəbi-bədii materiallara geniş yer verilirdi[1]. İlk sayları əsasən fars dilində çıxsa da qəzetin yaradıcı kollektivi onun səhifələrində Azərbaycan həyatını əks etdirməyə çalışırdı[1]. Cənubi Azərbaycandakı kütləvi inqilabi hərəkatdan ilham alan redaksiya heyəti 3-cü sayından etibarən qəzetdə Azərbaycan dilində materiallara geniş yer verməyə başlamışdır[1].
Qəzetin adının aşağısında daim belə müraciətnamə verilirdi[1]:
Ömrünü qalma-qalla keçirdin,
Ey dost, qalx ki, artıq macal çalmağa.
Qəzetdə bədii ədəbiyyata, xüsusilə vətənpərvərlik mövzusunda yazılmış şeirlərə xüsusi yer verilmişdir[2]. Bu şeirlərin çoxunun müəllifi məlum olmasa da, onların yetkin qələmə malik olan, vətənpərvər şairlər tərəfindən yazıldığı məlumdur[2].
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine Bakı: "Elm", 2009, səh. 67. (az.)
- ↑ 1 2 Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine Bakı: "Elm", 2009, səh. 70. (az.)