Hüseyn xan Qaragözlü

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Hüseyn xan Qaragözlü
Hüseyn xan Əli xan oğlu Qaragözlü
Doğum yeri Həmədan şəhəri
Vəfat tarixi
Uşağı Zeynalabdin xan

Hüseyn xan Əli xan oğlu Qaragözlü (?-1894)—Fətəli şah Qovanlı-Qacarın qız nəvəsi, İran ordusunun generalı.

Hüseyn xan Şamlı elinin Qaragözlü oymağının məşhur simalarından Əli xan Nüsrətülmülkün oğludur. Həmədan şəhərində doğulmuşdu.

Anası Zübeydə xanım Fətəli şah Qovanlı-Qacarın qızıdır. Hərbçi ailəsinə mənsubdur. Hüsamülmülk ləqəbini daşıyırdı.

1884-cü ildən 1894-cü ilədək Kirmanşah əyalətinin valisi olmuşdu.

Oğlu Zeynalabdin xan onun vəfatından sonra bütün mənəvi sərvətinə yiyə durdu.

  • Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.