Zeynalabdin xan Qaragözlü

Zeynalabdin xan Hüseyn xan oğlu Qaragözlü (1858-1927) — Kirmanşahın valisi, İran ordusunun generalı.

Zeynalabdin xan Qaragözlü
Zeynalabdin xan Hüseyn xan oğlu Qaragözlü
Doğum tarixi
Doğum yeri Həmədan şəhəri
Vəfat tarixi

Həyatı[redaktə | mənbəni redaktə et]

Zeynalabdin xan Şamlı elinin Qaragözlü oymağının məşhur simalarından Hüseyn xan Hüsamülmülkün oğludur. Həmədan şəhərində doğulmuşdu.

Zeynalabdin xan 1887-ci ildən 1894-cü ilədək Kirmanşah əyalətinin vali müavini olmuşdu. 1890-cı ildən Kirmanşaha vali təyin edilmişdi. Bu əyalətdən əlavə Lurestan, Burucerdin hakimiyyəti də ona tapşırılmışdı. O, Əmiri-Əfxəm ləqəbini də daşıyırdı.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Zeynalabdin xanın Qulamrza xan adlı oğlu vardı. O, Müzəffərəddin şahın qızı Qəmərəssəltənə Məlaikə xanımla ailə qurmuşdu. Zeynalabdin xan İftixarülmülk ləqəbini daşıyırdı.

Mənbə[redaktə | mənbəni redaktə et]

  • Ənvər Çingizoğlu, Qaragözlülər, "Soy" еlmi-kütləvi dərgi, 2010, №5, səh.66-79.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]