Həqiqi yasəmən
Həqiqi yasəmən (Jasminum officinale) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. [1][2]
Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]
Dırmaşan koldur. Yarpaqları 5-7 sayda yarpaqcıqlıdır. Yarpaqcıqları uzunsov-lansetvari, sivriləşmiş, yan tərəfdəkilər oturaq, yuxarıdakılar uzunqanadlı, saplaqlıdırlar. Çiçəkləri ağ, ətirli, çətirvari, azçıçəkli çiçək qrupunda toplanmışlar. Kasacıq qədəhvari, tacı ətirli, yumurtavari, sivriləşmiş, borucuğu ensizdir.[3]
Bioloji, ekoloji, fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Çiçəkləmə may-iyun, meyvəvermə avqust-sentyabr aylarına təsadüf edir. Arandan aşağı dağ qurşağına kimi meşə talasında və kolluqlarda rast gəlinir. Dərman bitkisidir.[3]
Yayılması[redaktə | mənbəni redaktə et]
Lənkəran ovalığıdır.[3]
Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]
Populyasiyanın ehtiyatı azdır, lakin əhəmiyyətli dərəcədə dəyişilmir.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Antropogen təsirlərdir(otarılma, tapdalanma).
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Qorunma tədbirləri hal-hazırda aparılmır.