Halat toppuztikan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Halat toppuztikan
Elmi təsnifat
Beynəlxalq elmi adı

Halal toppuztikan (lat. Echinops ossicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.

Botaniki xarakteristikası[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 60–80 sm, gövdəsi ağımtıl keçəli, kifayət qədər nazik, şırımlı, düz və ya əsasından yüksələn, sadə və ya çox vaxt budaqlanan çoxillik ot bitkisidir. Yarpaqları kifayət qədər yumşaq, oturaq, yarımgövdə həcmini artıran olub, dəyirmi qulaqcıqlıdır, uzunsov, oyuqlu lələkvari kəsilmiş və ya üçkünclü və ya yumurtaşəkilli hissələri və bölümləri olan, nazik tikanlarla qurtaran lələkvari bölümlüdür, kənarları tikanlı kirpiklidir, üst tərəfdən yaşıl səpələnmiş qısa tüklü və vəziciklidir, alt tərəfdən sıx ağımtıl keçə tüklüdür; yuxarı yarpaqları tikanaoxşar dişlidir. Başcıq şarşəkillidir, diametri 3–4 sm-dir. Qının genişlənmiş yarpaqcıqları düz sonluğu ilə sivriləşmişdir, kənarları daraqlı kirpiklidir, onlardan lap aşağıdakılar bir qədər qısa saplaqlı vəziciklidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında meyvə verir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

BQ (Quba), Kür düz., KQ şimal, KQ mərkəzi, Nax. dağ., Lənk. dağ. Ovalıqdan orta dağ qurşağına qədər.

Yaşayış mühiti[redaktə | mənbəni redaktə et]

Meşə kənarında, otlu yamaclarda, alaqlı yerlərdə rast gəlinir.

Sinonimləri[redaktə | mənbəni redaktə et]

Heterotipik sinonimləri[redaktə | mənbəni redaktə et]

  • Echinops colchicus Sosn. ex Kem.-Nath.
  • Echinops galaticus Freyn
  • Sphaerocephalus ossicus Kuntze

İstinadlar[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]