Hirkan qızçiçəyi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Hirkan qızçiçəyi  - (lat. Bellis hyrcanica Woronow.). Mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın endemik növüdür.[1][2]

Regional IUCN Statusu - VU D2[3]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Birillik ot bitkisidir. Gövdə əsasən 1-3 yarpaqlı, bəzən, 10 sm-ə qədər hündürlüyündə, bir yan budaqlıdır. Yarpaq ayası uzunsov tərs –yumurtavari, ayrılmış dişcikli, demək olar ki, çılpaq, sıxılmış qısa saplaqlıdır. Səbətin ayaqcıqları yuxarıdan meyvə vaxtı yoğunlaşır. Səbətcik 5 mm-ə qədər enindədir. Sarğı yarpaqları tükcüklü, uzunsov-yumurtavari, kütdür. Dilcik sarğıdan 2 dəfə uzundur, ağdır. Toxum 1 mm-ə qədər uzunluğundadır.[4][5]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Çiçəkləməsi aprel-may, meyvələməsi iyul aylarına təsadüf edir. Dənizkənarı çəmənlərdə yayılmışdır. Çoxalması toxumladır.[5]

Lənkəran ovalığıdır.[5]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii ehtiyatı azdır, yeganə lokalitetdə mənfi təsirlərə həssaslıq müşahidə edilir.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen və zoogen məhdudlaşdırıcı amillərdir.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər hazırlanmayıb. Antropogen təsirlərin qarşısının alınması, bitdiyi ərazilərin nəzarət altında saxlanılması tələb olunur.

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=Hirkan%20q%C4%B1z%C3%A7i%C3%A7%C9%99yi[ölü keçid]
  3. Schtaz G., Shulkina T., Solomon J., 2013
  4. Флора CCCP, 1959
  5. 1 2 3 Флора Азербайджан, 1961