Hirkan qaraşəngi
Hirkan qaraşəngi - (lat. Scrophularia clausii Boiss. & Buhse.). Keçiqulağıkimilər – (Scrophulariaceae Juss.)
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]
Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]
Çoxillik ot bikisidir. Gövdəsi 20-60 sm hündürlükdədir. Yarpaqları enli, üçkünc-yumurtavari, sivri, kənarları ikiqat mişardişli, əsasında azacıq ürəkvari, üstdən çılpaq, altdan yumşaq tüklü, aşağıdakılar-saplaqlı, yuxarıdakılar –oturaqdır. Təpə piramida formalı çiçək qrupunda yarımçətirləri 2-5 çiçəklidir. Kasacığın hissəcikləri uzunsov – yumurtavari kütdür. Tacı 6-7 mm uzunluqda, yaşılımtıl-sarı, su zanbağı formasında; staminodisi yoxdur. Qutucuğu 7-8 mm uzunluqda, uzunsov -yumurtavaridir. [3]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Aprel-may ayları çiçəkləyir və iyun-iyul ayları toxumlayır. Aşağı və orta dağ qurşaqlarında meşələrdə, qayalarda və dərələrdə rast gəlinir. [3][4]
Yayılması[redaktə | mənbəni redaktə et]
Lənkəranın dağlıq hissəsindədir. [3][4]
Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]
Populyasiyaları azalır, yaşama ərazisi məhdudlaşır və azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması təklif olunur.
Sinonimləri[redaktə | mənbəni redaktə et]
Scrophularia hyrcana (Grossh.) Grossh.
Scrophularia vernalis ssp. clausii (Boiss. & Buhse) Grau