Hirkan qaraşəngi

Hirkan qaraşəngi - (lat. Scrophularia clausii Boiss. & Buhse.). Keçiqulağıkimilər – (Scrophulariaceae Juss.) 

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Çoxillik ot bikisidir. Gövdəsi 20-60 sm hündürlükdədir. Yarpaqları enli, üçkünc-yumurtavari, sivri, kənarları ikiqat mişardişli, əsasında azacıq ürəkvari, üstdən çılpaq, altdan yumşaq tüklü, aşağıdakılar-saplaqlı, yuxarıdakılar –oturaqdır. Təpə piramida formalı çiçək qrupunda yarımçətirləri 2-5 çiçəklidir. Kasacığın hissəcikləri uzunsov – yumurtavari kütdür. Tacı 6-7 mm uzunluqda, yaşılımtıl-sarı, su zanbağı formasında; staminodisi yoxdur. Qutucuğu 7-8 mm uzunluqda, uzunsov -yumurtavaridir. [3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Aprel-may ayları çiçəkləyir və iyun-iyul ayları toxumlayır. Aşağı və orta dağ qurşaqlarında meşələrdə, qayalarda və dərələrdə rast gəlinir. [3][4]

Lənkəranın dağlıq hissəsindədir. [3][4]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyaları azalır, yaşama ərazisi məhdudlaşır və azalma tendensiyası müşahidə olunur.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin aparılması təklif olunur.

Scrophularia hyrcana (Grossh.) Grossh.

Scrophularia vernalis ssp. clausii (Boiss. & Buhse) Grau

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=Hirkan%20qara%C5%9F%C9%99ngi[ölü keçid]
  3. 1 2 3 1. Флора Азербайджан, 1957;
  4. 1 2 2. Safarov H.M., 2009;