Lordes Mohedano
Lordes Mohedano | |
---|---|
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | İspaniya |
Doğum tarixi | |
Doğum yeri | |
Boyu | 173 sm |
Çəkisi | 53 kq |
İdman növü | Bədii gimnastiкa |
Lordes Mohedano (d. 17 iyun 1995) — İspaniyanı təmsil edən bədii gimnast. Lordes Mohedano, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında və 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.
Karyerası[redaktə | mənbəni redaktə et]
Lordes Mohedano 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Lidiya Redondo, Yelena Lopez, Sandra Aguilar Navarro, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu.
Lordes Mohedano, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Artemi Qavezou, Yelena Lopez, Sandra Aguilar Navarro və Alexandra Quereda ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- Yaşayan insanlar
- 17 iyunda doğulanlar
- 1995-ci ildə doğulanlar
- Andalusiyada doğulanlar
- "Real del Merito Deportivo" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə idmançılar
- İspaniyanın bədii gimnastları
- 2012 Yay Olimpiya Oyunlarında gimnastlar
- 2016 Yay Olimpiya Oyunlarında gimnastlar
- 2016 Yay Olimpiya Oyunlarının medalçıları
- Olimpiya gümüş medalına sahib İspaniya idmançıları