Lordes Mohedano

Lordes Mohedano (d. 17 iyun 1995) — İspaniyanı təmsil edən bədii gimnast. Lordes Mohedano, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib.

Lordes Mohedano
Şəxsi məlumatlar
Vətəndaşlığı İspaniya İspaniya
Doğum tarixi (28 yaş)
Doğum yeri
İdman növü Bədii gimnastiкa
Boyu 173 sm
Çəkisi 53 kq

Karyerası[redaktə | mənbəni redaktə et]

Lordes Mohedano 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Lidiya Redondo, Yelena Lopez, Sandra Aguilar Navarro, Alexandra QueredaLoreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu.

Lordes Mohedano, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Artemi Qavezou, Yelena Lopez, Sandra Aguilar NavarroAlexandra Quereda ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.

İstinadlar[redaktə | mənbəni redaktə et]