Müzakirə:Müsavat Partiyası

Vikipediya, azad ensiklopediya
Dr.Wiki54 (müzakirə | töhfələr) tərəfindən edilmiş 20:10, 29 aprel 2024 tarixli redaktə

Ən son rəy:20 gün öncə, Dr.Wiki54 tərəfindən "Qurucu" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Qurucu

@Dr.Wiki54, salam. Zəhmət olmasa, ətraflı açıqlayardınız. Rəsulzadə partiyanın qurulmasında əsas təşəbbüskar olub isə, nə üçün qurucu saymırsınız? Fikrimcə, adı şablonda da qeyd edilməlidir, mötərizə daxilində ya da qeyd şablonu ilə qeyd yerləşdirə bilərsiniz ki, mühacirətdə olub və iştirak edə bilməyib. Amma fakt şəxs partiyanın qurucusudur. Digər istifadəçilərin də fikirləri maraqlıdır. Gadir (müzakirə) 08:04, 21 may 2023 (UTC)Cavabla

@Gadir, partiya qurucusu fərqli anlayışdır. Məsələn, indiki "Siyasi partiyalar haqqında qanun"a əsasən partiyanın 50 nəfərlik qurucu üzv siyahısı olmalıdır. Keçmişdə isə bu kor təbii olurdu. Rəsulzadə özü İstanbulda olub. Partiya quruculuğundan demək olar ki, xəbəri olmayıb. Onun oradan göndərdiyi məktublar sadəcə ideoloji aspektdə olub. İşə rəhbərlik isə keçmiş Hümmət Partiyası qurucularından Abbasqulu Kazımzadə, Rəsulzadənin əmisi oğlu Məhəmməd Əli bəy və Tağı Nağıyev tərəfindən icra olunub. Məhəmməd Əli Rəsulzadə xatirələrində yazırdı: "1911-ci ilin son baharı idi. Arkadaşların gizli toplantı və müşavirə yeri olan rəhmətlik Kazımzadə Abbas bəyin mağazasının arxa odasında Abbas bəylə bərabər oturduq. Arkadaşlarımızdan mərhum Tağı Nağıoğlu içəri girdi və bizə: "Gürcülərin, ermənilərin və rusların siyasi partiyaları vardır. Bizim nədən bir partiyamız olmasın, biz də bir partiya quralım" — dedi. Bir neçə gün müzakirə və müşavirədən sonra Müsavat Partiyasını qurmağa qərar verdik. Zatən mərhum Rəsulzadə Emin bəy də o tarixlərdə, bulunduğu İstanbuldan bizlərə siyasi bir təşəkkülə ehtiyac olduğu haqqında yazılar yazmaqda idi". Rəsulzadə 1913-cü ildə Bakıya qayıdıb və siyasi aktivliyi ,demək olar ki, 1917-ci ildə başlayıb. - Dr.Wiki54 (müzakirə) 08:50, 21 may 2023 (UTC)Cavabla
@Dr.Wiki54, ətraflı izah etdiyiniz üçün təşəkkür edirəm. Gadir (müzakirə) 09:03, 21 may 2023 (UTC)Cavabla
@Dr.Wiki54, salam. Mənbələr də, toplum tərəfindən də Rəsulzadə partiyanın əsas qurucusu hesab olunur. Xahiş edirəm, yuxarı qeyd etdiyiniz lazımi məlumatları {{efn}} şablonu daxilində adının sonuna əlavə edəsiniz, mənbələrlə birlikdə. Hörmətlə, Gadirmüzakirə 08:17, 28 aprel 2024 (UTC)Cavabla
@Gadir qurucu hesab olunmaqla, qurucu olmaq fərqli anlayışdır. Rəsulzadə AXC-nin də qurucusu hesab olunur, amma qurucusu deyil. Çünki, bir qrup şəxsin işi bir şəxsin boynuna yazılmır. Sİz özünüz Rəsulzadənin adını və yuxarıda qeyd etdiyim məlumatı Efn şablonu ilə əlavə edə bilərsiniz. - Dr.Wiki54 (müzakirə) 08:52, 28 aprel 2024 (UTC)Cavabla
@Dr.Wiki54, hesab olunmaq deyəndəki biri var partiya ilə heç əlaqəsi olmaz, biri də var birbaşa öndə gələn isim olar. Fakt bu adam partiyanın da, AXC-nin də ən öndə gələn ismidir (təlimat verməsi faktı da bunu birbaşa göstərir), sırf bu nüansa – "ölkədə ola bilməyib, iştirak edə bilməyib" deyə səbəblərə görə banisi hesab edilməyə bilməz. Keçən il qeyd etdiyiniz qanun söhbətinin, məsələyə heç bir aidiyyəti yoxdur. Bura dövlət qurumu deyil, məqalələrdəki şablondakı məlumatlar rəsmi verilməyə məcbur deyil (dövlət vəzifələri istisnadır və statistika və bir sıra rəsmi məlumatlar da izah qeyd edilərək verilir). Öncə mənbələrə əsaslanırıq, sonra da rəsmi məlumatları da {{efn}} şablonu vasitəsilə qeyd edirik ki, filan vaxtda filan adla qeydiyyata alınıb, ləğv olunub və s. Amma ləğv olunsa da, xaricdə falan fəaliyyət göstərirsə, o tarixi şablona bitiş tarixi kimi qeyd etmək düzgün deyil. Qeyd şablonları məhz bu funksiyanı daşıyır, bu kimi hallar üçündür. Mövzumuza, Müsavat deyiləndə də elə AXC deyiləndə ağla gəldiyi kimi, bu şəxs ağıllara gəlir. Qeyd edirsiniz ki, müzakirə var, amma konsensus deyil ki. Siz öncədən status-kvonun dəyişdirilməsi üçün konsensus əldə etmisiniz? Nəysə, görürəm, yanlış şəkildə geri qaytarmağa davam edəcəksiniz. Belə davam etmək fikrim yoxdur. Ona görə də konstruktiv şəkildə müzakirəni davam etdirib ona uyğun davranarıq. Bu halda oxucular adı orada görmürlər və çaşbaş qalırlar ki, Rəsulzadənin partiyasında adı niyə yoxdur? Haqlı olaraq soruşa da bilərlər. Adı əlavə olunmalı və şablonla adının sonunda müvafiq məlumatların qeyd olaraq yerləşdirilməsi kifayət edəcək. Sizcə, Atatürk Türkiyənin qurucusudur, ya yoxsa hesab olunur o da? Yoxsa banilərindən biri? Orda da tək bir şəxs etməyib, amma fakt qurucusu hesab olunur da. Burda da vəziyyət fərqli deyil. Atatürk kimi, bu Rəsulzadə də digərlərinə nisbətən daha çox önə çıxan şəxs olub. [Rəsulzadə və silahdaşları] Məncə, yaxşı bilirik ki, AXC-nin qurucusu kimdir sualına hansı cavabı verirlər. Partiyanı da soruşsanız, birbaşa ağıllara o gələcək və deyəcəklər. Və o cavabı verirlərsə, mənbələr elə yazırsa, elə də qeyd olunmalıdır. Qısacası, mənbələri və hamıya aşkar olan doğru faktı qeyd etmək lazımdır. Obyektiv olaq, siz və mənim subyektiv fikirlərinə görə yox, reallığa, mənbələrə əsaslanaq, əsaslanmalıyıq. Burada qeyd olunub: 1911-ci ildə Məmmədəmin Rəsulzadənin yaratdığı Müsavat partiyasının... Hələ partiyanın özü: [1], [2] və digər mənbələr: [3], [4], [5] kimi bir sıra mənbələr də bu faktı təsdiqləyir və bu da həmin əlavəni daha da dəstəkləyir. Rəsulzadənin qurduğu partiyada onun adının verilməməsi doğru deyil. Təsəvvür edin ki, dəqiqləşdirmə səhifəsində adı qeyd olunur, amma məqaləyə daxil olursan və görürsən ki, müvafiq bölmədə adı yoxdur. Xülasə, bütün bunların fonunda adı geri əlavə olunmalı və müvafiq məlumatlar şablonda mətndə də olduğu kimi, qeyd kimi əlavə edilməlidir. @Atakhanli, @Araz Yaquboglu, @Bikar, @Eminn, @Moses, @Nemoralis, @Nicat49, @Samral, @Solavirum, @Toghrul R, zəhmət olmasa, mümkündürsə, fikirlərinizi qeyd edin. Hörmətlə, Gadirmüzakirə 10:39, 28 aprel 2024 (UTC)Cavabla
Mövzu mənə yaddır. Fikir bildirə bilməyəcəm. Amma [file:///E:/pdf%20kitablar/1-ci%20cild%20Az%C9%99rbaycan%20q%C9%99zeti%20sentyabr%20oktyabr%201918.pdf burada 538-ci səhifədə] Rəsulzadə “Müsavat” partiyasının sǝdri deyə qeyd edilib. Araz Yaquboglu (müzakirə) 10:46, 28 aprel 2024 (UTC)Cavabla
Mövzu mənə də yaddı, amma həm partiyanın özündə, həm də digər mənbələrdə qeyd olunubsa, qəbul edilər. Əgər birində olsaydı onda müzakirə məsələsi idi. — Bikar müzakirə 10:51, 28 aprel 2024 (UTC)Cavabla

Salam. Müsavat Partiyasının rəsmi saytında partiyanın 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev tərəfindən yaradılması qeyd olunub. Bunu və yuxarıda təqdim olunan digər mənbələri də nəzərə alsaq, qurucular sırasında Rəsulzadənin də adını {{efn}} şablonu daxilində detallar qeyd olunmaq şərtilə yazmaq olar. Hörmətlə.— Nicat49   müzakirə 18:28, 29 aprel 2024 (UTC)Cavabla

@Nicat49, @Gadir, @Bikar, @Araz Yaquboglu salam. Söhbət sədrlikdən getmir. İlk sədr Rəsulzadə olub. Lakin qurucu olmayıb. Hesab edilə bilmək, hesab edilməklə olmaq fərqli anlayışlardır. Buranın nə olduğunu və nə məqsədə xidmət etdiyini yetərincə yaxşı bilirəm, lüzumsuz xatırlatmaya ehtiyac yoxdur. Bir il əvvəl açdığınız müzakirəyə ok çox sağolun yazıb, 1 il sonra etiraz etmisiniz. Konsensus olmasa 1 il əvvəl etiraz edərdiniz. Atatürk və Türkiyə Cümhuriyyəti ilə AXC və Rəsulzadəni eyni prizmadan müqayisə etmək absurddur. Dəqiqləşdirmədə də direktif/göstərişlə yazılıb infoqutu yerinə başlıqda olsa problem olmur. Nəysə. Mən yenə də qurucu olaraq adının verilməsinə qarşıyam. Partiyanın öndəri/lideri olduğu üçün lider parametrinə adı yazılsa daha məntiqlidir. Bu nüanslarla bağlı ətraflı şərh yazmaq istərdim, lakin təəssüf ki, buna vaxtım yoxdur. Dr.Wiki54 (müzakirə) 20:08, 29 aprel 2024 (UTC)Cavabla