Məmməd Səid Ordubadinin ev-muzeyi (Naxçıvan)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Məmməd Səid Ordubadinin ev muzeyi
Əsası qoyulub iyun 1972
Yerləşir Azərbaycan,Ordubad
Mingis küçəsi

Məmməd Səid Ordubadinin Ev Muzeyi – tanınmış Azərbaycan ədibi M. S. Ordubadinin anadan olduğu evdə yaradılmış muzey.[1]

Muzey, M. S. Ordubadinin anadan olmasının 100 illiyi münasibətilə 1972 – ci ilin iyununda ədibin anadan olduğun mənzildə yaradılmışdır. Muzey hal hazırda Naxçıvan MR Mədəniyyət Nazirliyi nəzdindədir.

Muzeydə ədibin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, müxtəlif sənədlər, orada yaşadığı dövrə aid xatirə əşyaları, portretlər, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmaları, M. S. Ordubadi ilə ünsiyyətdə olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və s. qorunub saxlanılır. Muzey eyni zamanda M. S. Ordubadinin ədəbi irsinin öyrənilməsi sahəsində də fəaliyyət göstərir.

  1. "Məmməd Səid Ordubadinin ev-muzeyi yenidən istifadəyə verilib". 2010-01-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-07.