Muzey

Londonda Britaniya muzeyi

Muzey (yun. μουσεῖον) — tarixi, maddi və mənəvi dəyərlərin saxlandığı, qorunduğu, öyrənildiyi müəssisə.

Cənubi Azərbaycanca Əcaibxana (az.-əski. عجايبخانه‎‎) da adlanır.[1][2][3][4]

Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən, nümayiş etdirən maddi-mənəvi xəzinə sayılır. Muzey əslində elm, maarif müəssisəsidir. Ona sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyildir. Muzeylər mahiyyətinə görə müxtəlif təmayüllü olurlar. Məsələn, dövlət, memorial, səyyar, ədəbiyyat, incəsənət, tarix, musiqi, qoruq və s. Qoruq muzeylər adətən açıq havada olan xüsusi memarlıq üslubuna malik qeyri-adi tikililər, abidələr, bulaqlar, məqbərələr, məbədlər, qalalar sayılır. YUNESKO-nun təşəbbüsü ilə 1978-ci ildən 18 may Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Muzey xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən maddi-mənəvi xəzinədir Muzey tarixi, maddi və mənəvi dəyərlərin saxlanıldığı, qorunduğu və öyrənildiyi elm, maarifləndirmə müəssisəsidir. Muzeylər tarixin müəyyən məqamını özündə yaşadan, ötən əsrlərin müxtəlif olaylarından xəbər verən eksponatları komplektləşdirən, qoruyan, saxlayan, öyrənən və nümayiş etdirən maddi-mənəvi xəzinə hesab olunur. Bu "xəzinə" əslində elm, maarif müəssisəsidir. Əlbəttə, muzeylərə sadəcə olaraq qiymətli əşyaların, maddi sərvətlərin saxlanc yeri kimi baxmaq düzgün deyil. Burada saxlanılan hər bir eksponat xalqın çoxəsrlik tarixini, qədimliyini, milliliyini əks etdirir.[5]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. http://anl.az/el/Kitab/246202.pdf Arxivləşdirilib 2023-01-28 at the Wayback Machine Azərbaycan dilinin sinonimlər lüğəti, Bakı, 2007-ci il (s.115)
  2. https://obastan.com/axtar/?l=az&q=%C9%99caibxana Əcaibxana. Музей
  3. http://web2.anl.az:81/read/page.php?bibid=142936&pno=119 Lüğət rusi və türki, Qənizadə, Sultan Məcid, Bakı, 1922-ci il (s.233)
  4. https://vk.com/doc18066328_459852371 Arxivləşdirilib 2022-03-31 at the Wayback Machine Abbasqulu Xan Sərtib, Lüğəti Rusi və Farsi və Türki, Tehran, 1908-ci il (s.56)
  5. "Muzey". /www.anl.az. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.01.2021.