Mənzərə Məmmədova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Mənzərə Məmmədova
Mənzərə Məmmədova
Doğum tarixi (90 yaş)
Doğum yeri İrəvan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elmi dərəcəsi Filologiya elmləri namizədi
Elmi adı dosent

Mənzərə Məmmədova - Filologiya elmləri namizədi, dosent

Mənzərə Məmmədova 1934-cü ildə martın 25-də İrəvan şəhərində anadan olub.

1940-50-ci illərdə İrəvanda 16 nömrəli orta məktəbi bitirib.

1951-56-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin Şərq şöbəsində oxuyub.

1957-1964-cü illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda kiçik elmi işçi vəzifəsində çalışıb.

1964-1967-ci illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda aspiranturada oxuyub.

1968-ci ildə “XI-XVII əsr fars dilinin izahlı lüğətlərinin əsas tərtib prinsipləri” mnövzusunda dissertasiya müdafiə edib.

1969-cu ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) dosent vəzifəsində işləyir.

1969-cu ildən ADU-da (indiki BDU) İran filologiyası, Fars dili, Fars dili tədrisinin metodikası, Mətnşünaslıq, Mənbəşünaslıq, Ümumi və İran dilçiliyinin əsasları mövzularında mühazirələr aparır.

Mənzərə Məmmədova İran filologiyası sahəsində tədqiqat aparır. O, 41 məqalənin, 1 dərsliyin müəllifidir.

1970-ci ildə Tiflis şəhərində “İran filologiyasının aktual problemləri” üzrə VI Ümumittifaq elmi konfransda, 1977-ci ildə Bakı şəhərində “İran filologiyasının problemləri” üzrə VI Ümumittifaq elmi konfransda, 1977-ci ildə Moskva şəhərində “Şərq dilçiliyinin nəzəri problemləri” üzrə sosialist ölkələrin I Beynəlxalq simpoziumunda, 2007-ci ildə Bakı şəhərində “Yaxın və Orta Şərq: dünəni, bu günü, sabahı” beynəlxalq elmi konfransda iştirak etmişdir.

Həyatı[redaktə | mənbəni redaktə et]

Seçilmiş əsərləri[redaktə | mənbəni redaktə et]

  • “Nizami və fars dili leksikoqrafiyası” 1978.
  • “XVI əsr farsca-türkcə lüğətləri haqqında” 1982.
  • “Fars dili”. (Orta məktəbin 6-cı sinfi üçün dərslik) 1992.
  • “Nizami Gəncəvinin əsərlərində işlənən bəzi predikatların məna və struktur xüsusiyyətləri” 2007.
  • “Nizami Gəncəvinin “Şərəfnamə” əsərində işlənən türk mənşəli sözlər” 2008.
  • “Nizami Gəncəvinin bədii sözü haqqında qeydlər” 2008.
  • “Nizami Gəncəvinin “Şərəfnamə” əsərində işlənən üslubi antonimlər” 2008.
  • ”Nizami Gəncəvinin “Şərəfnamə” əsərində işlənən təşbihlər” 2008.
  • “Nizami Gəncəvinin dilində işlənən bədii təsvir vasitələrinin struktur xüsusiyyətləri” 2008.
  • “Maqistr hazırlığı üçün proqramlar: 1. Ümumi və fars dilçiliyinin əsasları. 2. Mənbəşünaslıq 3. Mətnşünaslıq”, 2008.
  • “Nizami Gəncəvi dilinin lüğəti” (“Şərəfnamə” əsəri üzrə), 1 hissə. 2009.

Mənbə[redaktə | mənbəni redaktə et]