Bu məqaləni vikiləşdirmək lazımdır. |
Mənzərə Məmmədova - Filologiya elmləri namizədi, dosent
Mənzərə Məmmədova | |
---|---|
Mənzərə Məmmədova | |
Doğum tarixi | |
Doğum yeri | İrəvan |
Vətəndaşlığı | Azərbaycan |
Elmi dərəcəsi | Filologiya elmləri namizədi |
Elmi adı | dosent |
Mənzərə Məmmədova 1934-cü ildə martın 25-də İrəvan şəhərində anadan olub.
1940-50-ci illərdə İrəvanda 16 nömrəli orta məktəbi bitirib.
1951-56-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) filologiya fakültəsinin Şərq şöbəsində oxuyub.
1957-1964-cü illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda kiçik elmi işçi vəzifəsində çalışıb.
1964-1967-ci illərdə Azərbaycan EA-nın Əlyazmaları fondunda aspiranturada oxuyub.
1968-ci ildə “XI-XVII əsr fars dilinin izahlı lüğətlərinin əsas tərtib prinsipləri” mnövzusunda dissertasiya müdafiə edib.
1969-cu ildən Azərbaycan Dövlət Universitetində (indiki BDU) dosent vəzifəsində işləyir.
1969-cu ildən ADU-da (indiki BDU) İran filologiyası, Fars dili, Fars dili tədrisinin metodikası, Mətnşünaslıq, Mənbəşünaslıq, Ümumi və İran dilçiliyinin əsasları mövzularında mühazirələr aparır.
Mənzərə Məmmədova İran filologiyası sahəsində tədqiqat aparır. O, 41 məqalənin, 1 dərsliyin müəllifidir.
1970-ci ildə Tiflis şəhərində “İran filologiyasının aktual problemləri” üzrə VI Ümumittifaq elmi konfransda, 1977-ci ildə Bakı şəhərində “İran filologiyasının problemləri” üzrə VI Ümumittifaq elmi konfransda, 1977-ci ildə Moskva şəhərində “Şərq dilçiliyinin nəzəri problemləri” üzrə sosialist ölkələrin I Beynəlxalq simpoziumunda, 2007-ci ildə Bakı şəhərində “Yaxın və Orta Şərq: dünəni, bu günü, sabahı” beynəlxalq elmi konfransda iştirak etmişdir.