Mahir Mustafayev
Mahir Mustafayev | |
---|---|
Mahir Vaqif oğlu Mustafayev | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (21 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Şəhidlər Xiyabanı |
Vətəndaşlığı | SSRİ |
Atası | Vaqif |
Milliyyəti | azərbaycanlı |
İxtisası | Sürücü |
Mahir Mustafayev (tam adı: Mahir Vaqif oğlu Mustafayev; 25 noyabr 1968, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi.[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
1968-ci il noyabrın 25-də Bakıda[2] anadan olmuşdur. Əvvəlcə 45 nömrəli orta məktəbi, daha sonra isə sürücülük kurslarını bitirmiş, 2 nömrəli avtobus parkında sürücü işləmişdir[3]. Nişanlı olmuşdur.
Qanlı Yanvar faciəsi[redaktə | mənbəni redaktə et]
Yanvarın 19-dan 20-sinə keçən gecə bütün gecəni öz yük maşınında[1] yaralıları daşımışdır. Əvvəlcə, dostu Əlbala ilə yaralıları daşımış[2], daha sonra dostu Əlbalanı yola salaraq evə qayıtmışdır. Lakin saat üçdə Mahir yenidən başqa bir dostu Aleksandr Kərimovun qapısını döymüş, ona yaralıların olduğunu deyib köməyə çağırmışdır. Bundan sonra, iki dost[3] XI Qızıl Ordu meydanına getmişdir. Aleksandr Kərimovun dediklərindən:
Eşitdik, ən çox yaralanan ordadır [4]. Mahir maşını dolanbac yollarla güllə kimi sürürdü. Gəlib çatanda meydanı tanımadıq. Elə bil meydana bomba düşmüşdü. Ağaclar qırıq-qırıq, elektrik dirəkləri böyrü üstə. Hər yer qan içində idi. Yaralıları maşına yığıb Semaşkoya gətirdik[5]. Həkimlər yaralıları daşıya-daşıya elə bir ağızdan deyirdilər ki, daha getməyin, qorxuludur. Necə getməyəydik? Elə şey olar? Mahirin qabağını o gecə heç kim saxlaya bilməzdi. 1-ci mikrorayona sarı gələndə arxadan, böyürdən güllə səsləri eşitdik[6]. Elə bildik havaya, ya da başqa yerə atırlar. Sən demə, onlar bizim üçün vururmuş. Mahir dedi: «Bərk dur». Özü maşını sağa-sola sürməyə başladı. Bir də onu eşitdim ki, Mahir dedi: «Deyəsən, vurdular məni»[7]. Maşını üstümüzə gələn təcili yardımın yanına sürəndə böyürdən məni də vurdular[8]. Qapını açıb həkimləri köməyə çağırdım. Bilmədim, Mahirə kömək edə bildilər ya yox. Necədir Mahir??? |
Aldığı xəsarətlərdən Mahir bir neçə saat sonra, Aleksandr isə fevralın 5-i vəfat etmişdir. Hər iki dost Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ünvan[redaktə | mənbəni redaktə et]
Bakı, Xuluflu küçəsi, ev 26a, mənzil 4.
Qeydlər[redaktə | mənbəni redaktə et]
- ^ Rafiq Səməndər öz kitabında maşının «QAZ-53», Qulu Kəngərli isə «KAMAZ» markalı olduğunu qeyd etmişdir.
- ^ Rafiq Səməndər öz kitabında Mahirin Lenin adına Respublika Stadionu tərəfdə yaralıları necə daşıdığını qeyd etmişdir.
- ^ Qulu Kəngərli öz kitabında üçüncü dostun da (Emin Eyvazov) adını çəkmiş, onların üçünün arasında görüşün «Nərimanov» kinoteatrının yaxınlığında olduğunu qeyd etmişdir.
- ^ XI Qızıl Ordu meydanı nəzərdə tutulur.
- ^ Qulu Kəngərli öz kitabında yaralıların iki dəfə uğurla daşındığını: birinci dəfə 10, ikinci dəfə isə 15 yaralını apardığını qeyd etmişdir.
- ^ Qulu Kəngərli öz kitabında hadisənin səhər saat 6 radələrində Papanin küçəsindəki körpünün yanında olduğunu qeyd etmişdir.
- ^ Qulu Kəngərli öz kitabında Mahirin sol sinə nahiyəsindən yaralandığını qeyd etmişdir.
- ^ Qulu Kəngərli öz kitabında Aleksandrın qarın və sol bud nahiyəsindən yaralandığını qeyd etmişdir.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
- "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı
- Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı
- Şəhidlər Xiyabanında dəfn olunanlar
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ ""20 Yanvar Şəhidi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 17 yanvar 2000-ci il tarixli 259 saylı Fərmanı". 2022-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-17.
- ↑ "Şəhidlər" (PDF). 2022-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-10-05.
- ↑ "Qara Yanvar şəhidləri" (PDF). 2015-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-07-17.