Manqal

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç

Manqal - içində od qalayıb, üstündə şişlik ət, toyuq, balıq və s. bişirmək üçün istifadə edilən xüsusi ocaq növü.

Manqal

Manqal dəmirdən, misdən və ya gildən düzəldilir. Manqal adətən dördkünc və uzunsov olur. Üstündə şiş qoymaq üçün kəsiklər, kənarlarında daşımaq üçün qulp düzəldilir. Əksər manqallar dörd(4) ayaqlı olur. Manqalın uzunluğu müxtəlif, eni isə şişin üzunluğundan 10-15 sm qısa olur.

Manqalın içində ağac, kömür və ya odun yandırılıb köz salınır. Qızardılan məhsul şişlərə taxılıb manqala eninə düzülür.

  • Azərbaycan Kulinariyası Ensiklopediyası, səh. 98