Mis

29 nikelmissink
-

Cu

Ag
Ümumi
Ad, İşarə, Nömrə mis, Cu, 29
Qrup, Dövr, Blok 11, 4, d
Xarici görünüşü
Atom kütləsi 63.546 q/mol
Elektron formulu [Ar] 3d<sup10 4s1
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
8.92 q·sm−3 8920 q/L
Ərimə temperaturu 1084.62 °C
(1357.77 K, 1984.32 °F)
Qaynama temperaturu 2562 °C
(2835 K, 4643 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1
Mis

Mis (Cu) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 29-cu element.[1]

Misin ən əhəmiyyətli istifadə sahəsi, elektrik-elektronik sənayesidir. Elektrik keçiriciliyi çox yüksəkdir. Metal pulsilah istehsalında istifadə edilən metal tərkibinin böyük əksəriyyəti misdən ibarətdir. Digər ərintiləri də, zərgərlikdəbürünc heykəltaraşlığında istifadə edilir. Bürünc də mis tərkiblidir. Kənd təsərrüfatında su yosunu öldürücü (alqasit) olaraq istifadə edilir. Şəkərlərlə edilən analitik kimya testlərində istifadə edilən Fehlinq məhlulu kimi müxtəlif kombinasiyalar də mis tərkiblidir. Bitkilərdə misin miqdarı 0,001-dən 0,05%-ə (kütlə ilə) qədər dəyişir və bitkinin növündən və misin miqdarından asılı olur. Bəzi tərəvəzlərdə və meyvələrdə mis 30–230 mq-a qədər olur. Xlorofilin əmələ gəlməsi üçün mis istənilən bitkiyə lazımdır və onu başqa element ilə əvəz etmək olmaz. Bitkilərdə misin fizioloji rolu fermentativ proseslərdə aktivator kimi və ya misə malik fermentlərdə iştirakı ilə əlaqədardır. O, nəfəsalmanın intensivliyini gücləndirir, askarbin turşusunun oksidləşməsini katalizləşdirir, nitrat azotunun asimiliyasiyası və atmosfer azotunun fiksasiyasını təmin edir.

Mis bitkilərin hormonal balansının tənzimlənməsində iştirak edir: fenol təbiətli inkişaf inhibitorlarının miqdarına tənzimləyici təsir edərək mis bitkilərin polimerizasiyaya davamlılığını artırır. O, həmçinin quraqlığa, şaxtaya və istiyə davamlığı da artırır. Mis çatışmadıqda bitkilərdə böyümə və çiçəklənmə ləngiyir, xloroz, turqozun itməsi, solma müşahidə olunur. Kəskin mis çatışmazlığı olduqda dənli bitkilərdə yarpaqların kənarları ağarır, sünbül inkişaf etmir, meyəvlilərdə qurubudaqlılıq əmələ gəlir və bitki məshulsuz ola bilir. Mis kuporosu məhlulunu qızılgül, cavan alma ağaclarının qanadlarına çilədikdə şaxtaya davamlılıq artır.

Torpaqda mis artıq miqdarda olduqda kaliforniya laləsinin böyüməsi 2 dəfə azalır, rəngi isə göyümtül-tünd göy olur, qızılgülün qanadlarında qeyri-normal quruluşlu yarpaqlar əmələ gəlir, gülün ləçəkləri isə mavi və hətta qara olur. Heyvanlar arasında mis ilə daha çox zəngin olanlar bəzi onurğasızlardırlar. Mis onlarda hemosianinlərin-hemolimfaların nəfəsalma piqmentlərinin tərkibinə daxildir. Hemosianinlər orqanimzdə oksigen nəqlini həyata keçirirlər (molyuskalarda və xərçəngəbənzərlərdə, 0,5–026 % mis olur). Oksidləşmiş hemosianinlər göy rəngli, reduksiya olmuşlar isə rəngsiz olurlar. İnsan orqanizmində 80–150mq mis olur, həm də onun miqdarı qara ciyərdə 5mq %-dən, sümüklərdə 0,7 mq %-ə qədər, qanda 100 mkq %-dən, onurğa beyni mayesində 10mkq%-ə qədər dəyişir. Hər gün biz qida ilə 3,5 mq mis qəbul edirik ki, onun da yalnız 30%-i orqanizm tərəfindən mənimsənilir. Qida ilə orqanizmə daxil olaraq mis bağırsağa sovrulur, qan zərdabının zülalı ilə əlaqələnir (albumin ilə), sonra qara ciyər tərəfindən udulur, oradan seruloplazmin (qanın qlobulyar zülalı) tərkibində qana qayıdır və orqanlara və toxumalara daşınır. Seluloplazmin qanyaratmada, misin misli zülalların (məsələn, sitoxromoksidara) sintezi yerinə çatdırılmasında iştirak edir.

Dəmir kimi mis də qanın normal tərkibinin saxnılmasında əhəmiyyətli rol oynayır. Qanda misin miqdarının artması dəmirin mineral birləşmələrinin üzvi birləşmələrə çevrilməsinə səbəb olur, qara ciyərdə toplanmış dəmirin hemoqlobin sintezində istifadəsini stimullaşdırır. Mis həmçinin ürəkdə, beyində, böyrəklərdə , əzələ və sümük toxumalarında toplanır, sümük beyninin qan əmələgətirmə funksiyasını stimullaşdırır, xolisterinin miqdarına nəzarət edir. Misin kiçik dozaları karbohidratlar (qanda şəkərin azalmasına), mineral maddələr (qanda fosforun miqdarı azalır) mübadiləsinə təsir edir. Əlavə olaraq o, sümükləri möhkəmləndirir, qanın qırmızı və ağ hüceyrələrinin əmələ gəlməsini gücləndirir, immun funksiyasını təmin edir, kiçik uşaqların böyüməsinə kömək edir və revmatoit artritinin müalicəsi üçün başlıca vasitədir.

Mis çatışmazlığı qandaşıyıcı damarların destruksiyasının, sümük sisteminin xəstələnməsinə, şiş xəstəliklərinin yaranmasına gətirib çıxarır, heyvanlarda dəmirin sovrulması və istifadəsi azalır ki, bu da ishal və halsızlıq ilə müşayət olur ki, bu da anemiyaya səbəb olur.

Mis ilə zəhərlənmə anemiyaya, qaraciyərin xəstələnməsinə, vilson xəstəliyinə səbəb olur. Misin sorulması və çıxarılmasının incə mexanizmi sayəsində insanda zəhərlənmə nadir hallarda baş verir, lakin artıq miqdarlarda mis qusmaya səbəb olur, ümumi zəhərlənmə baş verə bilir (ishal, nəfəs almanın və ürək fəaliyyətinin zəifləməsi, boğulma, komatoz vəziyyəti). Misin zəhərlilik dozası 250mq-dan çoxdur.

Misin orqanizmə daxil olmasının əsas mənbələri aşağıdakılardır.

Bitki mənşəli məhsullar: qoz, fındıq, araxis, kartof, qarğıdalı, paxlalılar, gicitkan.

Heyvan mənşəli məhsullar: yumurta sarısı, qara ciyər, süd, turş süd məhsulları (kefir, prostokvaşa, yoğurt), dəniz məhsulları.

Misin daha çox məlum olan və insan tərəfindən istifadə olunan birləşmələri aşağıdakılardır:

CuSO4∙5H2O –– mis kuporosu, mis (II) sulfatın kristal hidratı.

(CuOH)2CO3 – mis hidrokarbonat, malaxit.

CuFeS2 –– xalkopirit

Mis çox qədimdən məlum olan 7 metaldan biridir (təmiz metal və qalay ilə ərinti bürünc kimi).

Bəşər tarixinin bütöv bir dövrü bürünc və ya mis əsri adlanır. Onun adı Kipr adasının coğrafi adındandır. (Latın dilində Cuprum Kipr deməkdir. Mis filizlərinin çıxarıldığı yerdir).

İnsan orqanizmində mis atomlarının sayı 1,0∙1021, bir insan hüceyrəsində isə 1 ∙ 107 ədədidir.

Tibbdə CuSO4∙5H2O mikrob əleyhinə və dağlayıcı vasitə kimi istifadə olunur. Misli preparatlar dayaq- oynaq aparatının xəstəliklərinin profilaktikası və müalicəsində istifadə olunur.

Mis kuporosu CuSO4∙5H2O məhlulu kənd təsərrüfatında istifadə olunur. O, həmçinin toxumlarda kif göbələklərinin sporlarını məhv edir.

Malaxit mineralı gözəl tünd yaşıl bəzək daşıdır, misin əsasi karbonatıdır (CuOH)2CO3[2]

  1. "Mis-əsas xüsusiyyətləri, xüsusiyyətləri". 2022-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-24.
  2. Abbasov V. M., Tağıyeva A. M., Həsənov Z. Ə., Salmanzadə Ş. V.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]