Mirzə Bağır bəy Hacıəlifbəyov
Naviqasiyaya keç
Axtarışa keç
Mirzə Bağır bəy Hacıəlifbəyov | |
---|---|
Mirzə Bağır bəy Hüseyn bəy oğlu Hacıəlifbəyov | |
Doğum tarixi | |
Doğum yeri | Kürdmahmudlu, Cavanşir-Dizaq mahalı, Qarabağ xanlığı |
Vəfat yeri | Kürdmahmudlu, Cavanşir-Dizaq mahalı |
Mirzə Bağır bəy Hüseyn bəy oğlu Hacıəlifbəyov — Qarabağ bəylərindən biri, mahal mirzəsi, vəkil.
Həyatı[redaktə | mənbəni redaktə et]
Mirzə Bağır bəy Hüseyn bəy oğlu 1803-cü ildə Qarabağın Cavanşir-Dizaq mahalı nın Kürdmahmudlu obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsə də təhsilini davam etdirmişdi. Mahal naibi Qasım bəy Cavanşirin göstərişi ilə mirzə təyin edilmişdi.
Rus üsul-idarəsi dönəmində Mirzə Bağır bəy qardaşı Mirzə Tahir bəylə İrana, Meşkin vilayətinə, Şahsevən elinin Pireyvatlı oymağına qaçmışdı Bir müddət şahsevənlərin içində daldalanmışdı. Aralıq sakitləşəndən sonra doğma obasına dönmüş, vəkilliklə məşğul olmuşdu.
Mirzə Bağır bəyin Məmmədqulu bəy, Rzaqulu bəy adlı oğulları vardı.