Mirzəli bəy Bektaşov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Mirzəli bəy Bektaşov
1920 – 1920
Əvvəlkivəzifə təsis olundu
SonrakıGəraf Əsgərov
Şəxsi məlumatlar
Fəaliyyəti inqilabçı

"Mirzəli bəy Bektaşov — Naxçıvan İnqilab Komitəsinin sədri

Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov Azərbaycan SSR XKS-nin sədri N.Nərimanova göndərdiyi məktubda yazırdı: "Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir..."[1]

  1. "Arxivlənmiş surət". 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-29.