Bu məqalədə daxili keçidlərin artırılmasına ehtiyac var. |
Mirzəli bəy Bektaşov — Naxçıvan İnqilab Komitəsinin sədri.
Mirzəli bəy Bektaşov | |
---|---|
1920 – 1920 | |
Əvvəlki | vəzifə təsis olundu |
Sonrakı | Gəraf Əsgərov |
Şəxsi məlumatlar | |
Fəaliyyəti | inqilabçı |
Naxçıvanın sovetləşməsi uğrunda mübarizəyə başlanıldı və daşnaklara qarşı aparılan əməliyyatlar nəticəsində 1920-ci ilin iyunun 28-də Naxçıvan şəhəri tutuldu. İyunun 29-da Naxçıvan İnqilab Komitəsi təşkil edildi və bu komitə Naxçıvanı Sovet Sosialist Respublikası elan etdi. Naxçıvan İnqilab Komitəsinin tərkibinə Mirzəli bəy Bektaşov, Abbas Qədimov, Fərəməz Mahmudbəyov, Qafar Babayev və b. daxil oldular. 1920-ci il avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Mirzəli bəy Bektaşov Azərbaycan SSR XKS-nin sədri N.Nərimanova göndərdiyi məktubda yazırdı: "Naxçıvan xalqının böyük əksəriyyətinin qərarı ilə Naxçıvan ölkəsi özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi hesab edir..."[1]