Molla Əli Əliyari
Naviqasiyaya keç
Axtarışa keç
Molla Əli Əliyari | |
---|---|
Molla Əli Mirzə Abdulla oğlu Əliyari | |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Uşağı | Məhəmmədhəsən |
Fəaliyyəti | Dini elmlər, ruhani biliklər |
Molla Əli Mirzə Abdulla oğlu Əliyari (1820-1902)—İslam alimi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Molla Əli Mirzə Abdulla oğlu Əliyari 1820-ci ildə Təbrizin Sərdrud kəndində anadan olmuşdu. Əslən Qaradağ vilayətinin Qərbi Dizmar mahalının Əliyar kəndindəndirlər. Babası Məhəmməd ibn Cəfər ibn Mühibulla bin Məhəmmədcəfər Qaradaği Azərbaycanın tanınmış şəxsiyyətlərindən idi.
Molla Əli ibtidai və orta təhsilini Təbriz şəhərində almışdı.
1855-ci ildə Nəcəf şəhərinə yollanaraq müctəhidlərin yanında kamil savad almışdı. On beş il təhsildən sonra vətənə dönmüşdü. Təbrizdə əyləşərək ətrafına tələbələr topladı. Bir çox əsərlər qələmə aldı.
Molla Əli Əliyari 1902-ci ildə vəfat edib.
Molla Əlinin Məhəmmədhəsən adlı oğlu vardı.
Əsərləri[redaktə | mənbəni redaktə et]
- "Behcət ül-amal firrical"|"بهجه الآمال في شرح زبده المقال"
- "Dəlaül-əhkam fi şərhi şərayi-islam"|دلائل الاحکام في شرح الشرائع
Mənbə[redaktə | mənbəni redaktə et]
- Ənvər Çingizoğlu, Qarşı yatan Qaradağ, Bakı, "Ozan", 1998, 192 səh.