Nəcəf (ərəb. النجف) — İraqda Kufədən on kilometr qərb tərəfdə şəhərdir, şiələrin ziyarət yeridir. Nəcəf şəhəri dəniz səviyyəsindən 35 metr hündürlükdə yerləşir.
Nəcəf | |
---|---|
النجف | |
32°01′44″ şm. e. 44°20′22″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 60 ± 1 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
Rəvayətə görə, Əli ibn Əbu Talib Kufə həndəvərində, bu şəhəri Fərat çayının daşqınlarından qoruyan bəndin yaxınlığında dəfn edilmişdir. Sonralar bu yerdə Nəcəf (ərəbcədir, təpə deməkdir) şəhəri meydana gəlmişdir. Əməvilər dövründə Əlinin dəfn edildiyi yer gizli saxlanılırdı, buna görə də sonralar onun dəqiq yerini müəyyənləşdirmək mümkün olmamış və bir neçə fərziyyə meydana gəlmişdir. Yalnız X əsrin birinci rübündə Həmdanilər dövründə Əlinin güman edilən məzarının yerində böyük günbəz tikilmiş və qala (Məşhəddi-Əli) ucaldılmışdır.
Nəcəf şiələrin böyük fəaliyyət mərkəzidir. Şəhərdə məşhur müctəhidlərin dərs dedikləri çoxlu məktəb vardır, orada dini-siyasi ədəbiyyat geniş nəşr edilir. Nəcəf şəhəri 2012-ci il İslam mədəniyyəti paytaxtı elan edilib.[2]
İraq haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |