Montanada muğam (film, 2007)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Montanada muğam
Rejissor Tomas Qolts
İlk baxış tarixi 2007
Müddət 15 dəqiqə
İl 2007-ci il

Montanada muğamAmerikalı jurnalist Tomas Qoltsun 2007-ci ildə çəkdiyi sənədli film.

Məzmun

Sənədli film xanəndə, 2009-cu ildə Səmərqənddə keçirilən "Şərq təranələri" beynəlxalq muğam festivalının qalibi Qoçaq Əsgərovun 2007-ci ildə Montanada verdiyi muğam proqramını əhatə edir. Onu konsertdə "Qədim Şərq" qrupu müşayiət edib. Bu konsert Azərbaycan Mədəniyyəti Dostları Fondunun təşkilatçılığı və YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırovanın layihəsi əsasında keçirilib.[1]

Haqqında

  • Film 15 dəqiqəlikdir.[2]

Festival və mükafatlar

  • 200? Beynəlxalq "Yosemite" kinofestivalı (qısametrajlı filmlər nominasiyası) —
  • 2010 Beynəlxalq kinofestival ("Syear Nevada Award" qısametrajlı filmlər nominasiyası üzrə) — Kaliforniya.[3]

İstinadlar

  1. Z.Rüstəm. "Azərbaycanın muğamı Kaliforniyada qiymətləndirildi". anl.az. Ayna qəzeti. 13 fevral 2010. səh. azərb. 2023-07-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2016.
  2. Yusifqızı, L. Azərbaycanın muğamı Kaliforniyanı fəth etdi: ["Montanada muğam" adlı 15 dəqiqəlik sənədli filmi Kaliforniyada keçirilən beynəlxalq kinofestivalda mükafata layiq görülüb] //Kaspi.- 2010.- 12 fevral.- S. 16.
  3. Mükərrəmoğlu, M. Azərbaycan muğamı Kaliforniyada yüksək qiymətləndirildi: [Amerikalı jurnalist Tomas Qoltsun "Montanada muğam" adlı 15 dəqiqəlik sənədli filmi beynəlxalq kinofestivalında] //Xalq qəzeti.-2010.- 17 fevral.- S. 8.

Mənbə

  • Rüstəm, Z. Azərbaycanın muğamı Kaliforniyada qiymətləndirildi: [Amerikalı jurnalist Tomas Qoltsun çəkdiyi "Montanada muğam" sənədli filmi haqqında] //Ayna.- 2010.- 13 fevral.- S. 19.