Tomas Qoltz (ing. Thomas Goltz; 11 oktyabr 1954[1][2], Yaponiya – 29 iyul 2023[3], Livinqston, Montana) — Amerika tarixçisi, jurnalisti və yazıçısı.
Tomas Qoltz | |
---|---|
Thomas Goltz | |
Doğum tarixi | 11 oktyabr 1954[1][2] |
Doğum yeri | Yaponiya |
Vəfat tarixi | 29 iyul 2023[3] (68 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | ABŞ |
Milliyyəti | Amerikan |
İxtisası | tarixçi |
Təhsili | Nyu-York Universiteti |
Fəaliyyəti | jurnalist, yazıçı, təhlilçi |
thomasgoltz.com |
Tomas Qoltz 11 oktyabr 1954-cü ildə Yaponiyada anadan olmuşdur. O, Amerika Birləşmiş Ştatlarının Şimali Dakota ştatında böyümüş, Nyu-York Universitetini Orta Şərq araşdırmaları üzrə magistr ixtisası ilə bitirmişdir (1985).
Tomas Qoltz 15 il müddətində Türkiyə və postsovet ölkələrində jurnalist fəaliyyəti ilə məşğul olmuşdur.[4] Bu müddət ərzində Tomas Qoltz yazdığı kitablarda "qaynar" nöqtələrdə baş verən hadisələri təsvir etmişdir. 1998-ci ildə işıq üzü görən "Azərbaycan gündəliyi" kitabında Xocalı faciəsi, "Çeçenistan gündəliyi"ndə Birinci Çeçenistan müharibəsindən, "Gürcüstan gündəliyində" isə Gürcü-abxaz münaqişəsi haqda bəhs olunur.[4]
"Çeçenistan gündəliyi" kitabı 2003-cü ildə nəşr edilmiş, 2005-ci ildə türk dilinə tərcümə edilmişdir. "Gürcüstan gündəliyi" isə 2006-cı ildə işiq üzü görmüşdür.
O, bir çox dillərdə, o cümlədən türk, Azərbaycan, alman, rus, ərəb, fars dillərində sərbəst danışır.
2020-ci ildə Azərbaycan və Qafqaz bölgəsində sülhə və barışığa verdiyi töhfəyə görə ADA Universitetinin Fəxri Doktoru adına layiq görülmüşdür.
Tomas Qoltz 28 iyul 2023-cü ildə vəfat edib.[5] O, ABŞ-nin Montana ştatının Livinqston şəhərində yaşayırdı.