Musa Alməmmədov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Musa Alməmmədov
Alməmmədov Musa Səməd oğlu
Doğum tarixi (88 yaş)
Doğum yeri Gədəbəy rayonu, Azərbaycan SSR
gedebey.info/sayt/?page_…

Musa Səməd oğlu Alməmmədov (20 dekabr 1935, Gədəbəy rayonu) — UNEC-in Fəxri professoru

Həyatı[redaktə | mənbəni redaktə et]

Alməmmədov Musa Səməd oğlu 1935-ci il dekabr ayının 20-də Azərbaycan Respublikasının Gədəbəy rayonun Söyüdlü kəndində anadan olmuşdur. O, 1945-ci ildə Söyüdlü kənd orta məktəbinə daxil olmuş və 1955-ci ildə həmin məktəbi bitirmişdir. Riyaziyyat elminə olan marağı əsasında sənədlərini Azərbaycan Dövlət Universitetinin "Riyaziyyat" fakültəsinə vermişdir. Müvafiq qiymətlər alaraq Universitetin tələbəsi olmuşdur.[1]

1960-cı ildə universiteti əla qiymətlərlə bitirib Azərbaycan Neft Kimya institutunun ali riyaziyyat kafedrasına işə düzəlmişdir. 1963-cü ildə elə həmin kafedrada müəllim vəzifəsinə seçilmişdir.

1963-cü ildə Moskva şəhərindəki E. A. Steklov adına Riyaziyat İnstitutununda əyani aspiranturaya daxil olmuşdur. Dünyanın ən məşhur riyaziyyatçısı M. A. Haymarkın rəhbərliyi altında namizədlik dissertasiyasını yazaraq 1967-ci ildə riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Musa Alməmmədov 1967-ci ildən 2001-ci ilə qədər indiki Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. 2001-ci ildən isə həmin universitetin riyaziyyat kafedrasının professoru vəzifəsində çalışıb. 2020-ci ildən "Riyaziyyat və statistika" kafedrasının dosentidir.

20.04.2022-ci tarixdən həmin kafedranın professoru vəzifəsinə keçirilib.

Musa Alməmmədovun 55-dək elmi əsəri çapdan çıxmışdır. Bu elmi əsərlərdən 15-i xaricdə dünyanın ən məşhur riyaziyyat jurnallarında iri həcmdə çap olunmuşdur. Onlar müxtəlif dillərə tərcümə edilmişdir. İri həcmli 210 səhifəlik 5 pereprinti və 1 monoqrafiyası çapdan çıxmışdır. Ali riyaziyyatdan 4 dərsliyin, 7 metodik göstərişin müəllifidir. Həmçinin Respublikanın mərkəzi jurnallarında məqalələri dərc olunmuşdur.

Ən uğurlu elmi nəticələri Hamlet İsaxanlının qurduğu çox-parametrli spektral nəzəriyyə üzrə gördüyü işlərdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "UNEC – Azərbaycan Dövlət İqtisad Universiteti — f.-r.e.n., dos. Alməmmədov Musa Səməd". unec.edu.az. 2024-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-06.