Musa Alməmmədov

Alməmmədov Musa Səməd oğlu 1935-ci il dekabr ayının 20-də Azərbaycan Respublikasının Gədəbəy rayonun Söyüdlü kəndində anadan olmuşdur. O, 1945-ci ildə Söyüdlü kənd orta məktəbinə daxil olmuş və 1955-ci ildə həmin məktəbi bitirmişdir. Riyaziyyat elminə olan marağı əsasında sənədlərini Azərbaycan Dövlət Universitetinin "Riyaziyyat" fakültəsinə vermişdir. Müvafiq qiymətlər alaraq Universitetin tələbəsi olmuşdur.

Musa Alməmmədov
Alməmmədov Musa Səməd oğlu
Doğum tarixi (87 yaş)
Doğum yeri Gədəbəy rayonu, Azərbaycan SSR
gedebey.info/sayt/?page_…

Həyatı[redaktə | mənbəni redaktə et]

1960-cı ildə universiteti əla qiymətlərlə bitirib Azərbaycan Neft Kimya institutunun ali riyaziyyat kafedrasına işə düzəlmişdir. 1963-cü ildə elə həmin kafedrada müəllim vəzifəsinə seçilmişdir.

1963-cü ildə Moskva şəhərindəki E. A. Steklov adına Riyaziyat İnstitutununda əyani aspiranturaya daxil olmuşdur. Dünyanın ən məşhur riyaziyyatçısı M. A. Haymarkın rəhbərliyi altında namizədlik dissertasiyasını yazaraq 1967-ci ildə riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.

Musa Alməmmədov 1967-ci ildən 2001-ci ilə qədər indiki Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur. 2001-ci ildən isə həmin universitetin riyaziyyat kafedrasının professoru vəzifəsində çalışır.

Musa Alməmmədovun indiyə qədər 45 elmi əsəri çapdan çıxmışdır. Bu elmi əsərlərdən 11-i xaricdə dünyanın ən məşhur riyaziyyat jurnallarında iri həcmdə çap olunmuşdur. Onlar müxtəlif dillərə tərcümə edilmişdir. İri həcmli 210 səhifəlik 5 pereprinti və 1 monoqrafiyası çapdan çıxmışdır. Ali riyaziyyatdan 2 dərsliyin, 7 metodik göstərişin müəllifidir. Həmçinin Respublikanın mərkəzi jurnallarında məqalələri dərc olunmuşdur.

Ən uğurlu elmi nəticələri Hamlet İsaxanlının qurduğu çox-parametrli spektral nəzəriyyə üzrə gördüyü işlərdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

http://gedebey.info/sayt/?page_id=466[ölü keçid]