Nüsrət Şirəliyev
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. Lütfən, ensiklopedikliyi təsdiq etmək üçün məqalənin mövzusuna uyğun tərəfsiz, etibarlı mənbələr əlavə edin. Əgər belə mənbələr göstərilməzsə, məqalə birləşdirilə, köçürülə, yönləndirilə və ya silinə bilər. |
Nüsrət Şirəliyev | |
---|---|
Doğum tarixi | 1 aprel 1963 |
Doğum yeri | |
Vəfat tarixi | 27 avqust 1992 (29 yaşında) |
Vəfat yeri |
Nüsrət Şirəliyev (1 aprel 1963, Qazıməmməd – 27 avqust 1992, Ağdam) — Qarabağ müharibəsi iştirakçısı, şəhid.
Həyatı[redaktə | mənbəni redaktə et]
Nüsrət Əlican oğlu Şirəliyev 1963-cü il aprelin 1-də Qazıməmməd şəhərində anadan olub. BDU-nun Tətbiqi-riyaziyyat fakültəsini bitirib. Əli Bayramlıda Cihazqayırma zavodunda laboratoriya müdiri işləyib. Sonra Hacıqabul rayon xəstəxanasında baş mühasib işləyib. 1992-ci ildən Milli Ordu sıralarına könüllü olaraq gedib. Baş leytenant Nüsrət Abdal Gülablı, Mərzili, Sırxavənd, Baş Güneytəpə, Xatınbəyli, Manikli, Canyataq, Gülyataq, Mehmanə, Orta Güneytəpə kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib.1992-ci il avqustun 27-də 2 döyüşçü və sürücü ilə ön posta ərzaq apararkən düşmən pusqusuna düşüblər. Nüsrət sinəsindən snaper yarası alsa da özünü itirmir əsgərləri xəbərə göndərib özü tək dümənlə vuruşur. 240 patronun hamısını düşmənlərə tərəf atır. O yaralı vəziyyətdə düşmənin əlinə keçib. Onu işgəncə ilə qətlə yetirərək dörd tərəfini minalamışdılar.[1]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Arxivlənmiş surət". 2012-10-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-12-30.