Nazil Canibəyov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Nazil Canibəyov
Nazil Fazil oğlu Canibəyov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adı professor
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Azərbaycan Dövlət Universiteti
Mükafatları SSRİ-nin "Fəxri ixtiraçı" döş nişanı
Dövlət orqanlarının və AMEA-nın Fəxri Fərmanları
“Avropa Nəşr Mətbu Evi”-nin Qızıl medalı

Nazil Fazil oğlu Canibəyov (21 sentyabr 1942, Bakı - 6 may 2017, Bakı) — Azərbaycan alimi, kimya elmləri doktoru (1987), professor (1994), AMEA-nın müxbir üzvü (2007)[1][2][3]

Həyatı[redaktə | mənbəni redaktə et]

Nazil Canibəyov 21 sentyabr 1942-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirib.[1][2]

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Nazil Canibəyov əmək fəaliyyətini 1965-ci ildən Azərbaycan Milli Elmlər Akade­mi­ya­sının Y.Məmmədəliyev adına Neft-Kimya Proses­ləri İnstitutunda mühəndis vəzi­fə­sində başlamışdır. Sonralar kiçik və böyük elmi işçi vəzifələrində çalışmışdır. O, 1986-cı ildən 2016-cı ilə kimi AMEA NKPİ-də Polifunk­silonal komp­leksonlar və metalkompleks birləşmələr laboratoriyasının mü­diri, 2012-ci ildən 2017ci ilə kimi isə Neft-kimya sintezi şöbəsinin mü­diri vəzifəsində icra etmişdir.[1][2]

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Elmi dərəcəsi: kimya elmləri doktoru (1987);[3]
  • Elmi rütbəsi: professor (1994);
  • Doktorluq dissertasiyasının ixtisas şifri və ixtisasın adı: 02.00.13 - neft kimyası;
  • Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 2007, neft kimyası;
  • Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 244;
  • Xaricdə çıxmış elmi əsərlərin sayı: 98;
  • Patentlərin sayı: 20;
  • Müəlliflik şəhadətnamələrinin: 25;

Nazil Canibəyov 1 elmlər doktoru, 6 kimya üzrə fəlsəfə doktoru hazır­lamışdır.[1][2]

Tərkibində heteroatom saxlayan polifunksional kompleksonlar və metalkompleks birləşmələrin sintezi üsullarının işlənib hazırlanması və onların tətbiq sahələrinin araşdırılmasından ibarətdir. Onun tərəfindən metalkompleks birləşmələr arasında “Stanaz” adlanan polietilenin qocalmasına qarşı stablizator yaradılmış və ondan istifadə edilərək xalq təsərrüfatında antistatik, işıq şüasına qarşı davamlı və UB şüaları özündən yaxşı keçirən polietilen örtük yaradılmış və tətbiq edilmişdir.[1][2]

Onun rəhbərliyi ilə polibutadienlərin alınma prosesində həm stabilizator, həm də katalizator kimi unikal xassə daşıyan nikel və kobalt metalkomplekslər işlənib hazırlanmış və Rusiyanın Yfremov sintetik kauçuq (ESK) zavodunda sənaye miqyasında tətbiq edilmişdir. Bu proses yüksək iqtisadi səmərəliyi ilə yanaşı, həmçinin ekoloji problemlərin də həllinə kömək edir. Kobalt saxlayan ditiofosfat-kompleksi həm ESK zavodunda, həm də Türkiyənin “Petkim” firmasında yüksək molekullu polibutadienin alınma prosesində katalitik sistemin komponenti kimi uğurlu sənaye sınaqdan keçmişdir.[1][2]

Son illər N.Canibəyov dien karbohidrogenlərinin polimerləşmə prosesləri üçün yeni tip heterogenləşdirilmiş katalitik sistemlərin yaradılması sahəsində tədqiqatlar aparır. Alınmış nəticələr göstərir ki, bu tip katalitik sistemlər həm aktivliyə və selektivliyə, həm də məhsuldarlığı ilə məlum homogen sistemlərdən bir neçə dəfə effektlidir.[1][2]

Elmi-təşkilati fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • NKPi-nin nəzdində fəaliyyət göstərən doktorluq müdafiəsi üçün İxtisaslaşmış Elmi Şuranın üzvü;[1][2]
  • "Neft-kimyası və neft emalı prosesləri" və "Kimya problemləri" və "Elm dünyası" jurnallarının redaksiya heyətinin üzvü;[1][2]
  • Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü;
  • Gürcüstan Elmlər Akademiyasının Fiziki və Üzvi kimya İnstitutunun nəzdində doktorluq dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşdırılmış Şuranın üzvü;
  • NKPİ-nin nəzdində 02.00.13 - Neft kimyası, 05.17.07 - Yanacaq və qazın kimya texnologiyası ixtisasları üzrə D. 01.031 Dissertasiya Şurasının üzvü;
  • NKPİ-nin Elmi Şurasının üzvü;

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

  • Yusif Məmmədəliyev adına medal;[1][2]
  • SSRİ-nin "Fəxri ixtiraçı" döş nişanı;
  • Dövlət orqanlarının və AMEA-nın Fəxri fərmanları;
  • "Avropa Nəşr Mətbu Evi"nin Qızıl medalı;[1][2]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 "Canibəyov Nazil Fazil oğlu" (az.). science.gov.az. 2017. 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-21.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 "Bu gün AMEA-nın müxbir üzvü Nazil Fazil oğlu Canibəyovun 75 illik yubileyidir". www.nkpi.az. 2017-09-21. İstifadə tarixi: 15.05.2024.
  3. 1 2 "Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri və müxbir üzvləri". azertag.az. 27.04.2007. İstifadə tarixi: 15.05.2024.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]