Oleandr hafı
Oleandr hafı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Oleandr hafı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Oleandr hafı (lat. Daphnis nerii) — Pulcuqluqanadlılar dəstəsinə, haflar fəsiləsinə aid növ. Nəsli kəsilməkdə olan növdür.
Qısa təsviri[redaktə | mənbəni redaktə et]
İri gecə kəpənəyidir. Qanadları açıq halda 90 –125 mm-dir. Ön qanadın uzunluğu 45 – 52 mm-dir. Ön qanadlar üzərində qradient ləkələrdən, qırmızı, çəhrayı, yasəməni, boz, ağ rənglərin qarışığından ibarət səciyyəvi "mərməri" naxış vardır. Arxa qanadlar çəhrayımtıl-boz rəngdə olub, üzərində nazik dalğavari xətt vardır, xarici kənarları bozumtul – yaşıldır. Başı, döşü, qarıncığı bozumtul – yaşıl rənglidir. Bığcıqları ağımtıldır. Tırtılı çox iridir (uzunluğu 11 sm), rəngi parlaq yaşılıdır (bel tərəfi sarımtıl – ağdır), qısa sarımtıl buynuzu vardır.[1]
-
Daphnis nerii ♂
-
Daphnis nerii ♂ △
Yayılması[redaktə | mənbəni redaktə et]
Avropa, Asiya, Şimali Afrika, Cənubi Qafqaz, Azərbaycanda – Abşeron, Lənkəran, Ordubad.[2]
Həyat tərzi[redaktə | mənbəni redaktə et]
Evritop növdür. Kəpənəklər maydan avqusta qədər uçur, güman ki, ildə iki nəsil verir. Qafqazın Qara dəniz (Suxumi) sahillərində 4-ə qədər nəsil verir. Kəpənəklər çox böyük məsafəyə 2 – 3 min km-ə qədər uçmağa uyğunlaşmışlar. Tırtılları oleandr (Nerium sp.) yarpaqları və qıfotu (Vinca herbacea) ilə qidalanırlar. Puplar torpaqda, oleandr bitkisinin dibində qışlayırlar.[3]
Sayı[redaktə | mənbəni redaktə et]
R. Əffəndi tərəfindən Abşeronda 3, Lənkəranda 2 kəpənəyi qeydə alınmışdır.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Abşeronda Oleandr bitkisinin məhv edilməsi bu kəpənəyin sayının kəskin azalmasına səbəb olmuşdur. Kəpənəklərin həvəskar kolleksiyaçılar tərəfindən tutulması və tırtılların toplanması da onun sayına mənfi təsir edir.
Qəbul olunmuş qorunma tədbirləri[redaktə | mənbəni redaktə et]
Azərbaycanın Qırmızı kitabının I nəşrinə daxil edilmişdir.
Qorunması üçün məsləhət görülmüş tədbirlər[redaktə | mənbəni redaktə et]
Tutulmasını qadağan etmək, oleandr bitkisinin sahəsini genişləndirmək, kəpənəyi süni surətdə çoxaldaraq təbiətə buraxmaq lazımdır.
Pupları[redaktə | mənbəni redaktə et]
Pupları uzun, üzərində qara nöqtələr olur. Bu qara nöqtələr nəfəslikləri əhatə edir.
İstinadlar[redaktə | mənbəni redaktə et]
Ədəbiyyat[redaktə | mənbəni redaktə et]
- Azərbaycanın Qırmızı Kitabı, Bakı, II Cild, 2013
- Ламперт К., Холодковский Н. Атлас Бабочек и гусениц Европы и отчасти Русско-Азиатских владений. С. Петербург, изд. А.Ф.Деврiена, 1913, с.135;
- Миляновский Е.С. Фауна чешуекрылых Абхазии // Тр. Сухум. опытн. ст. эфиромасл. культур. Сухуми, 1964.190 с.;
- Эффенди Р.М. Высшие чешуекрылые Азербайджана, Автореф.дис.канд.биол.наук, Баку, 1971, 24 с.