Olqa Kaniskina

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Olqa Kaniskina
rus. Ольга Николаевна Каниськина
Doğum tarixi (39 yaş)
Doğum yeri SSRİ
Təhsili
Fəaliyyəti racewalker[d], yüngül atlet
Fəaliyyət illəri 2004-cü ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Olqa Kaniskina (19 yanvar 1985, Napolnaya Tavla, Mordoviya MSSR) — rusiyalı yüngül atletika idmançısı, 2008 Yay Olimpiya Oyunları və 2007-ci il Yüngül Atletika üzrə çempionu, ikiqat Rusiya çempionu. 20 km idman yürüşü üzrə ixtisaslaşmışdır.

24 mart 2016-cı ildə İdman Arbitraj məhkəməsi Olqa Kaniskinanın 15 avqust 2009-cu ildən 15 oktyabr 2012-ci ilə qədər ki, bütün naliyyətlərini antidopinq qaydalarını pozduğuna görə ləğv etmişdir[1].

Bioqrafiya

1985-ci ilin yanvar ayının 19-da Napolnaya Tavla kəndində anadan olmuşdur. Milliyyətcə erzyandır[2]. 8 yaşı olarkən anası dünyasını dəyişir. O, Saranskdakı № 35 məktəbdə təhsil alırdı. 7-ci sinifdə inkən idman yürüşü ilə məşqul olmağa başlayır. Olqa bir çox ümumrusiya yeniyetmələr arası yarışmalarda iştirak edir. 18 yaşında ikən o artıq idman ustası adına layiq görülür.

2005-ci ildə Olqa gənclər arasında Avropa Çempionatının gümüş medalına layiq görülür. 2006-cı ildə isə Avropa Çempionatının gümüş medalını alır. 2007-ci ildə 20 km məsafə üzrə idman yürüşü yarışmasında Dünya çempionu olmuşdur. Eyni ildə Grand Pri IAAF müsabiqəsində qalib gələrək çempion olur. Avropa Kubokunda isə gümüş medal qazanır (Leminqton).

2008-ci ildə Olqa Kaniskina 2008-ci il Yay Olimpiya Oyunlarında 20 km idman yürüşü yarışmasında birinci yeri tutur.

2009-cu ildə 20 km məsafədə idman yürüşü üzrə Dünya Çempionatının qalibi olur (Berlin).

2010-cu ildə 20 km məsafədə idman yürüşü üzrə Avropa Çemionu adına layiq görülür (Barselona).

2011-cu ildə 20 km məsafədə idman yürüşü üzrə Dünya Çempionatının qızıl medalına layiq görülür.

2012-ci ildə Londondakı Olimpiya Oyunlarında 20 kilometrlik idman yürüşü yarışmasında yalnız həmyerlisini Elena Laşmanovadan dala qalaraq gümüş medal qazanır. Anti-dopinq skandalı sonrası medallardan məhrum edilmişdir.

Saranskda yaşayır. Mordoviya Dövlət Universitetinin riyaziyyat fakultəsini bitirmişdir. Ailəli deyil. 24 mart 2016-cı ildə İdman Arbitraj məhkəməsi Olqa Kaniskinanın 15 avqust 2009-cu ildən 15 oktyabr 2012-ci ilə qədərki bütün naliyyətlərini antidopinq qaydalarını pozduğuna görə ləğv etmişdi.

İstinadlar

  1. "Россиянка Каниськина лишена серебряной медали ОИ-2012 по спортивной ходьбе — CAS | Легкая атлетика | Р-Спорт. Все главные новости спорта". 2016-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-02.
  2. "Ольга Каниськина". Легкая атлетика на Олимпийских играх 1896—2008. 2012-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-25.

Mənbə