Oraqmeyvə qalxanək
Oraqmeyvə qalxanək - (lat. Grammosciadium platycarpum Boiss. et Hauskns). Kərəvüzkimilər— (Apiaceae Lindl.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir –EN A2c+3c; C2a(i)b. Azərbaycanın nadir növüdür.[1][2]
Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]
Çoxillik, çılpaq bitkidir. Gövdə qalxanvari budaqlanır, 20-45 sm hündürlüyündədir. Yarpaq ayası nazik, sərt və yarıqlıdır, kasa yarpaqlarınındişcikləri görünür. Yarpaq lövhələri lansetvaridir, ikiqat-yarılmış lələklidir, son ayları uzun, nazik, cod tükcüklüdür. Çətirlərində 5-12 ədəd şüaları vardır. Kasa yarpaqlarının dişicikləri qısa, bizvaridir, meyvə ətarfında bərkdir. Meyvələri çox uzundur, 9-10 mm-dir, qanadsızıdır, qısa yoğun ayaqcıqlı, pişik pəncəsinə bənzərdir. [3][4]
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Çiçəkləmə iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir. Kserofitdir. Orta və yuxarı dağ qurşaqlarında, meşə -kolluq, quru yamaclarda rast gəlinir. Efiryağlı bitkidir.[5]
Yayılması[redaktə | mənbəni redaktə et]
Naxçıvanın dağlıq hissəsi (Şahbuz rayonu-Küküdağ, Dərəboğaz və Batabat əraziləri; Culfa rayonu-Aracıq dağ; Ordubad rayonu –Nürgüt, Nəsirvaz kəndləri ətrafı). [3][6]
Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]
Antropogen təsirlər nəticəsində yaşama ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.[7]
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Ədviyyat kimi əhali tərəfindən həddindən artıq toplanılması.
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Populyasiyaları nisbətən təhdit altında olduğundan qorunması vacibdir[8] . Yayıldığı ərazilərdə bərpası mümkündür. [5]
Sinonimləri[redaktə | mənbəni redaktə et]
Caropodium platycarpum (Boiss. & Hausskn.) Schischk.
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
- ↑ http://redbook.az/?options=project&id=Oraqmeyv%C9%99%20qalxan%C9%99k[ölü keçid]
- ↑ 1 2 Флора Азербайджана, 1955
- ↑ İbadullayeva S.C., 2004
- ↑ 1 2 Ибадуллаева С.Д. и др., 2010
- ↑ Naxçıvan Mr-in Qırmızı Kitabı, 2010
- ↑ Tərtibçinin məlumatı
- ↑ Naxçıvan Mr-in Qırmızı Kitabı, 2010