Qamətli kamfilium
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Elmi adı - Camphylium protensum (Brid.) Kindb.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Kritik təhlükə həddində olanlar" - CR B2b(ii, iii) c(ii). Azərbaycanın nadir mamır növüdür.[1][2]
Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]
Yarpaq – gövdəli mamırdır. Gövdəsi düz, hörülmüş, sarımtıl-yaşıl rənglidir. Nazik gövdəli olub, asimmetrik budaqlı, 0,8 mm hündürlüyündə olan mamır növüdür. Yarpaqcıqları ürəkvari, şiş ucludur. Yarpaqcığın hüceyrəvi quruluşu kvadrat şəkilli, spor qutucuğu şabalıdı-sarı rəngli olub, 2 mm-dir. Qutucuğun qapaqcığı konusvari, iti ucludur. Sporlar yaz-yay aylarında yetişir və ölçüsü 10–14 mm-ə çatır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Otvari, çoxillik bitkidir, sporlar vasitəsi ilə yayılır. Sporların əmələgəlmə dövrü may-iyun aylarında olur. Mezofit bitkidir. Kölgə sevəndir. Çaykənarı və bulaq kənarı daşların üzərində və ağac gövdəsində bitir.[3][4]
Yayılması[redaktə | mənbəni redaktə et]
Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisidir.
Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]
Populyasiyanın azalma tendensiyası artır.
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Təbii təsir (çayların daşması) və antropogen amillərdir (meşələrin qırılması, ayaq altında tapdalanması, mal-qara tərəfindən yeyilməsi).
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin herbari rəflərində saxlanması, bərpasını təmin etmək, yeni yayılma yerlərinin axtarılması təklif olunur.