Qamətli kamfilium

Elmi adı — Camphylium protensum (Brid.) Kindb.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Kritik təhlükə həddində olanlar" — CR B2b(ii, iii) c(ii). Azərbaycanın nadir mamır növüdür.[1][2]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

Yarpaq – gövdəli mamırdır. Gövdəsi düz, hörülmüş, sarımtıl-yaşıl rənglidir. Nazik gövdəli olub, asimmetrik budaqlı, 0,8 mm hündürlüyündə olan mamır növüdür. Yarpaqcıqları ürəkvari, şiş ucludur. Yarpaqcığın hüceyrəvi quruluşu kvadrat şəkilli, spor qutucuğu şabalıdı-sarı rəngli olub, 2 mm-dir. Qutucuğun qapaqcığı konusvari, iti ucludur. Sporlar yaz-yay aylarında yetişir və ölçüsü 10–14 mm-ə çatır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Otvari, çoxillik bitkidir, sporlar vasitəsilə yayılır. Sporların əmələgəlmə dövrü may-iyun aylarında olur. Mezofit bitkidir. Kölgə sevəndir. Çaykənarı və bulaq kənarı daşların üzərində və ağac gövdəsində bitir.[3][4]

Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisidir.

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyanın azalma tendensiyası artır.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Təbii təsir (çayların daşması) və antropogen amillərdir (meşələrin qırılması, ayaq altında tapdalanması, mal-qara tərəfindən yeyilməsi).

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədilə populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin herbari rəflərində saxlanması, bərpasını təmin etmək, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

  1. Azərbaycan Respublikasının Qırmızı kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=Qam%C9%99tli%20kamfilium[ölü keçid]
  3. Абрамова А. А., Савич-Любицкая А. Н., Смирнова В. Н. 1961
  4. Любицкая Л. Б., 1986