Qoltuqçiçək canavargiləsi
Qoltuqçiçək canavargiləsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Cins: Növ: Qoltuqçiçək canavargiləsi |
||||
Beynəlxalq elmi adı | ||||
|
Qoltuqçiçək canavargiləsi (lat. Daphne axilliflora) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin timeleyakimilər fəsiləsinin canavargiləsi cinsinə aid bitki növü.
Ümumi yayılması[redaktə | mənbəni redaktə et]
Rusiya (Dağıstan), Gürcüstan və Kiçik Asiyada təbii arealı vardır.
Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]
Təbii halda Göyçay rayonunda rast gəlinir.
Statusu[redaktə | mənbəni redaktə et]
Azərbaycanın nadir bitkisidir.VU D2.
Bitdiyi yer[redaktə | mənbəni redaktə et]
Tək-tək və ya qrup şəklində palıd-vələs meşələrində müşahidə edilir.
Təbii ehtiyatı[redaktə | mənbəni redaktə et]
Azərbaycanda arealı geniş deyildir.
Bioloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Təbiətdə qısaboylu, budaqlı kol bitkisidir. Budaqlarının rəngi bozumtul rəngdə olur. Canavargiləsinin yarpaqları ellipsşəkilli və ya uzunsuv neştərşəkilli olur. Yarpaqlarının uzunluğu 0,5-2 sm, eni isə 0,3-0,6 sm arasında ola bilir. Yarpaqlarının üst hissəsi seyrək tüklü, alt hissəsi isə uzunsov ağ tüklüdür. Ləçəklər ağ və ya çəhrayı rəngdə ola bilir. Bitkidə çiçəklərin sayı 3-4 arasında olmaqla zoğların uc hissəsində yerləşir. Yumurtalıqlar tükcüklü olub, uzunsovdur çəhrayı və ya qırmızı rəngdə olur. Bitki may-iyun ayları arasında çiçək açır və avqust ayında meyvə verir.
Çoxalması[redaktə | mənbəni redaktə et]
Təbiətdə generativ və vegetativ yolla çoxalır.
Təbii ehtiyatının dəyişilməsi səbəbləri[redaktə | mənbəni redaktə et]
Başlıca olaraq insan fəaliyyətidir.
Becərilməsi[redaktə | mənbəni redaktə et]
Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.
Qəbul edilmiş qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]
Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.
Zəruri qoruma tədbirləri[redaktə | mənbəni redaktə et]
Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilməsi zəruridir.
Sinonimləri[redaktə | mənbəni redaktə et]
Homotipik sinonimləri[redaktə | mənbəni redaktə et]
- Daphne caucasica subsp. axilliflora (Keissl.) Halda
- Daphne caucasica var. axilliflora Keissl.