Rövşən Bədəlov
Naviqasiyaya keç
Axtarışa keç
Rövşən Bədəlov | |
---|---|
Rövşən Seyfulla oğlu Bədəlov | |
Doğum tarixi | |
Doğum yeri | Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (24 yaşında) |
Vəfat yeri | Haftoni, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat səbəbi | "20 Yanvar Şəhidi" |
Dəfn yeri | Lənkəran |
Vətəndaşlığı | SSRİ |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | Qara Yanvar şəhidi. |
Rövşən Bədəlov (tam adı: Rövşən Seyfulla oğlu Bədəlov) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.
Həyatı[redaktə | mənbəni redaktə et]
1965-ci il sentyabrın 25-də Lənkəranda anadan olub. Subay idi. Yanvarın 26-da Bədəlov Rövşən, Məmmədov Şahin və Allahverdiyev Rövşən motosikllə Haftoni kəndindən Kirov kəndinə gedən yolda hərbçilərlə rastlaşıblar. Hərbçilər xəbərdarlıq etmədən onları atəşə tutmuşlar. Bədəlov Rövşən və Məmmədov Şahin öldürüləndən sonra yandırılmışdır. Allahverdiyev Rövşən təsadüfən sağ qalıb. Lənkərandakı Şəhidlər qabiristanlığında dəfn edilib.
Ünvan[redaktə | mənbəni redaktə et]
Lənkəran şəhəri, Tereşkova küçəsi, ev 17, mənzil 2.
Həmçinin bax[redaktə | mənbəni redaktə et]
- "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı
- Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı
- Şəhidlər Xiyabanında dəfn olunanlar
İstinadlar[redaktə | mənbəni redaktə et]
- Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.