Rövşən Bədəlov

Rövşən Bədəlov (tam adı: Rövşən Seyfulla oğlu Bədəlov) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

Rövşən Bədəlov
Rövşən Seyfulla oğlu Bədəlov
Doğum tarixi
Doğum yeri Lənkəran, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (24 yaşında)
Vəfat yeri Haftoni, Lənkəran rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi "20 Yanvar Şəhidi"
Dəfn yeri Lənkəran
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti azərbaycanlı
Fəaliyyəti Qara Yanvar şəhidi.

Həyatı[redaktə | mənbəni redaktə et]

1965-ci il sentyabrın 25-də Lənkəranda anadan olub. Subay idi. Yanvarın 26-da Bədəlov Rövşən, Məmmədov Şahin və Allahverdiyev Rövşən motosikllə Haftoni kəndindən Kirov kəndinə gedən yolda hərbçilərlə rastlaşıblar. Hərbçilər xəbərdarlıq etmədən onları atəşə tutmuşlar. Bədəlov Rövşən və Məmmədov Şahin öldürüləndən sonra yandırılmışdır. Allahverdiyev Rövşən təsadüfən sağ qalıb. Lənkərandakı Şəhidlər qabiristanlığında dəfn edilib.

Ünvan[redaktə | mənbəni redaktə et]

Lənkəran şəhəri, Tereşkova küçəsi, ev 17, mənzil 2.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992. 312 səh. ISBN 4702060204. 2015-07-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-01-18.