Ramiz Təkani
Bu məqalədə bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. |
Ramiz Təkani | |
---|---|
Doğum adı | Ramiz Mirzəxan oğlu Sultanov |
Təxəllüsü | Təkani |
Doğum tarixi | |
Doğum yeri | Sumqayıt, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Uşağı | Bir övladı var |
Atası | Sultanov Mirzəxan İzzət oğlu |
Fəaliyyəti | Şair |
Əsərlərinin dili | Azərbaycanca |
Janr | Şeir |
Ramiz Təkani — şair, 1971-ci il, Sumqayıt, Azərbaycan SSR, SSRİ
Həyatı[redaktə | mənbəni redaktə et]
Ramiz Təkani (Sultanov) Mirzəxan oğlu 1971-ci ilin yanvar ayının 1-də Sumqayıt şəhərində anadan olub. Əslən Yardımlı rayonu Bürzünbül kəndinin Sultanlı nəslindəndir. 1978-ci ildə Sumqayıt şəhəri Məhəmməd Füzuli adına 15 saylı orta məktəbə daxil olub, 1986-cı ildə Sumqayıt şəhər Inşaatçılar qəsəbəsinin 7 saylı texniki peşə məktəbinin şagirdi olmuşdur. Orta ixtisas təhsillidir. Şeir-sənət aləminə 10 yaşda qədəm qoymuşdur. 13 yaşından hərbi xidmətə qədər Sumqayıt şəhər Nəriman Nərimanov adına mədəniyyət evinin "İlkin" adına poeziya dərnəyində mərhum ustadı istedadlı satirik şair, mahir qəzəlxan Qulam Feyzullayevin rəhbərliyi altında fəaliyyət göstərmişdir. 1992-ci ildə Sumqayıt şəhər "Uşaq və yeniyetmələrin yaradıcılıq mərkəzi"ndə "Vahid" adına meyxana, poeziya dərnəyinin yaradıcısı və məhsuldar rəhbəri olmuşdur. Dövrü-mətbuatda mütəmadi olaraq çıxış etmiş, şeir müsabiqələrinin dəfələrlə qalibi olmuşdur. "Bu dünyanın dərddən başqa nəyi var ki…." adlı şeirlər kitabının müəllifidir. Hal hazırda Bakı şəhəri Suraxanı rayonu Yeni Bahar qəsəbəsində yaşayır. Evlidir. Bir övladı var.
Kitabları[redaktə | mənbəni redaktə et]
- Bu dünyanın dərddən başqa nəyi var ki.
Şeirləri[redaktə | mənbəni redaktə et]
- De necə barışım mən bu zamanla.[1]
- Göyərçin.
- Bu millət bir olub ayağa qalxsa.
- Gizli məhəbbət.