Yetim Eyvaz (tam adı Eyvaz Qurbanov; 26 fevral 1952, Qalaaltı, Siyəzən rayonu – 23 iyul 2017, Qalaaltı, Siyəzən rayonu) — Azərbaycanlı şair.[1]
Yetim Eyvaz | |
---|---|
Eyvaz Qurbanov | |
Təxəllüsü | Yetim Eyvaz |
Doğum tarixi | |
Doğum yeri | Qalaaltı, Şabran , Azərbaycan SSR |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Qalaaltı, Şabran rayonu, Azərbaycan |
Vəfat səbəbi | tromboemboliya xəstəliyi |
Dəfn yeri | |
Milliyyəti | Azərbaycanlı |
Fəaliyyəti | 2006 – 2017 |
Əsərlərinin dili | Azərbaycan dili |
İlk əsəri | "Yaz yağışı" şeiri |
Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Şabran rayonunda anadan olmuşdur.[2] Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib.
1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996–2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edirdi. 2006-cı ildə Youtube-da "Yaz yağışı" şeiri ilə populyarlıq qazanıb.[1] Şeir yazmağa 15 yaşında başlamışdır. Öz dediyinə görə, bu günə qədər 2423 şeir yazmışdı, Ümumiyyətlə, onun yazdığı və toylarda söylədiyi musiqili şeirlər böyük şöhrət qazanmış və onu xalqa sevdirmişdi. Eyvaz Qurbanovun 2 qızı və 2 oğlu var idi.
Emboliya xəstəliyindən əziyyət çəkən şair 23 iyul 2017-ci ildə 65 yaşında vəfat etmişdir. Doğma kəndində dəfn olunub.[3]