Relyef əmələgəlmənin siklliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Relyef əmələgəlmənin siklliyi (rus. цикличность рельефообразования, ing. cycle relief development) — geoloji proseslərin /əsasən tektonik hərəkətlərin\ dövrlüyü və iqlim tərəddüdü ilə əlaqədar olaraq relyefəmələgətirici proseslərin qanunauyğun növbələşməsi. Nəticədə müxtəlif relyef tiplərinin dövrü əmələ gəlməsi müşahidə edilir /əvvəlcə tektonik, təzadlı, sonra isə denudasion, hamarlanmış/. Eyni zamanda həmin generasiyaların korrelyativ şöküntüləri əmələ gəlir. Relyefin inkişafının siklliyi, eyni formaların təkrar olunması yox, yer səthinin qanunauyğun, ancaq təkrar olunmayan geoloji-geomorfoloji inkişafı deməkdir. Relyef əmələgəlmənin siklliyinin çoxluğunda relyefin inkişafının mürəkkəbliyi təzahür olunur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Relyef əmələgəlmənin siklliyi // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 160. ISBN 978-9952-453-14-0.