Rus dağçətiri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rus dağçətiri
Elmi təsnifat
Beynəlxalq elmi adı

Rus dağçətiri (lat. Peucedanum ruthenicum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dağçətiri cinsinə aid bitki növü.

Qısa morfoloji təsviri

Çoxillik, hündürlüyü 50–80 (150) sm, ensiz, silindrvari, nazik qabırğalı, aşağı hissələri qəhvəyi liflərlə örtülmüş, yaşıl, çılpaq, yoğun köklü bitkidir. Kökyanı yarpaqları və aşağı gövdə yarpaqları uzun saplaqlıdır, 3–4 dəfə üç hissələrə bölünmüşdür. Yarpaqları enli üçkünc, iri, ucları uzun və dar xətli, 1,5–4 sm uzunluqda və 1–2 (3) mm endə, cod, iti ucludur. Orta yarpaqlar xırda, yuxarıdakılar uzunsovdur. Çətirlər 2,5–6 sm uzunluqda, 13–24 qeyri-bərabər şüalıdır. Sarğısı və sarğıcığının yarpaqları 5–7 sayda, xətvaribizvaridir. Kasacığın dişləri qısa, ləçəkləri 1–1,5 mm uzunluqda, açıq sarı rəngdədir. Yarım meyvəcikləri 6–7,5 mm uzunluqda və 3–4 mm enində, ellipsvari, beli qabırğalıdır.

Yayılması

BQ qərbi, BQ şərqi, BQ Quba sahəsinin aşağı dağ qurşağından yuxarı dağ qurşağına kimi yayılmışdır. Quru gilli, otlu yamaclarda, ardıc və palıd meşələrində, kolluqlarda, qayaların üstündə bitir.

İstinadlar

Həmçinin bax