Sırğaçiçək pişikdırnağı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sırğaçiçək pişikdırnağı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Sırğaçiçək pişikdırnağı
Beynəlxalq elmi adı

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

Şimali Amerika, Cənubi Qafqaz və Qərbi Texas, Şərqi Meksika, Cənubi Arizona, Kolumbiya və Venesuelada təbii halda yayılmışdır

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 12 metrə çatan, yarpağını tökən, qollu-budaqlı, geniş çətirli ağacdır. Gövdəsinin qabığı qalın olub, qəhvəyi və ya tünd boz rəngdə, azca çatlıdır. Zoğları nazik, əvvəlcə sarımtıl-yaşıl, sonralar isə tünd boz rəngli, 1–5 sm uzunluqda tikanların qoltuğunda yerləşmişdir. Yarpaqları növbəli düzülüşlü, ikiqat cütlələkvari, yarpaq oxu tikanla qurtarır, 8 sm uzunluqda, çılpaqdır. Yarpaq oxu nazik, itiuclu, qaidədən çox enlənmiş, vəzilidir. Nadir hallarda iki, cüt olmaqla, 9–18 budaqcıqlıdır. Hər budaqda adətən 11–13 cüt ensiz, ellipsvari, 8–10 mm uzunluğunda, 2–4 və ya 5 mm enində, küt, çılpaq və ya tək-tək kirpikli yarpaqcıqlardan ibarətdir. Çiçəkləri 2 mm uzunluqda, ətirli, yaşılımtıl-sarı, qoltuq salxımlarda sünbülvari çiçək qrupunda yerləşir. Çiçək qrupu silindrşəkilli, çoxçiçəkli, 6–7 sm uzunluqda salxımlardan ibarətdir. Ləçəkləri ensiz, uzunsov, ucları itidir. Erkəkciklər tacdan iki dəfə uzundur. Paxlası xətvari, düz və ya oraqvari əyilmiş, uclarından sivri, 10–23 sm uzunluqda, 6–13 mm enində olub, 10–20 toxumludur. Toxumları uzunsov və yumurtavari, 6 mm uzunluqda, şabalıdı rəngdədir. May-iyun aylarında çiçəkləyir, meyvəsi sentyabrda yetişir.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Şoran torpaqlarda yaxşı inkişaf edir, çiçəkləyir və toxum verir. Quraqlığa, istiyədavamlı, işıqsevən ağacdır.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Zaqatala, Lənkəran, Göyçay, Astara, Abşeron və başqa zonalarda mədəni şəraitdə becərilir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Oduncağında və qabığında aşı maddəsi, meyvəsində 25–30% yeyilən fruktoza şəkəri vardır. Yarpaqlarından və cavan zoğlarından alınan məhlul göz xəstəliklərinin müalicəsində istifadə edilir.

Mənbələr[redaktə | mənbəni redaktə et]

  1. Australian Plant Name Index (ing.).