Sehriman Əliyev
Sehriman Əliyev | |
---|---|
Sehriman Rəhman oğlu Əliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 17 aprel 1990 |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 2020 (30 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | əsgər |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri |
Sehriman Əliyev (17 aprel 1990, Araz Yağlıvənd, Füzuli rayonu – 29 sentyabr 2020, Qorqan, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.
Həyatı[redaktə | mənbəni redaktə et]
Sehriman Əliyev 1990-cı il aprelin 17-si Füzuli rayonunun Araz Yağlıvənd kəndində anadan olub.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Sehriman 2008-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra, 2016-cı ildə hərbidə, müddətdən artıq hərbi xidmət vəzifəsində çalışmışdır. İkinci Qarabağ müharibəsi başlayan gündən döyüşlərdə iştrak etmiş və Füzuli rayonunun Qorqan kəndi istiqamətində şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehriman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (15.12.2020) — "Vətən uğrunda" medalı (ölümündən sonra)[1]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) ( (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.