Sehriman Əliyev

Sehriman Rəhman oğlu Əliyev (17 aprel 1990; Aşağı Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR29 sentyabr 2020; Qorqan, Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi.

Sehriman Əliyev
Sehriman Rəhman oğlu Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Aşağı Yağlıvənd, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (30 yaşında)
Vəfat yeri Qorqan, Füzuli rayonu, Azərbaycan
Vəfat səbəbi Şəhid olmuşdur
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Rəhman Əliyev
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Xidmət illəri 2020
Rütbə Əsgər
Döyüşlər İkinci Qarabağ müharibəsi
 • Füzulinin azad edilməsi
Təltifləri "Vətən uğrunda" medalı — 2020

Həyatı[redaktə | mənbəni redaktə et]

Sehriman Əliyev 1990-cı il aprelin 17-si Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində anadan olub.

Hərbi xidməti[redaktə | mənbəni redaktə et]

Sehriman 2008-ci ildə orta məktəbi bitirərək hərbi xidmətə yollanıb. Xidmətini başa vurduqdan sonra, 2016-cı ildə hərbidə, müddətdən artıq hərbi xidmət vəzifəsində çalışmışdır. İkinci Qarabağ müharibəsi başlayan gündən döyüşlərdə iştrak etmiş və Füzuli rayonunun Qorqan kəndi istiqamətində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sehriman Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Təltifləri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Vətən uğrunda" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 15.12.2020-ci il tarixli Sərəncamı". www.president.az (Azərbaycan Prezidentinin rəsmi saytı) (az.)). 15.12.2020. 2020-12-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15.12.2020.