Soyuq novruzçiçəyi
Soyuq novruzçiçəyi - (lat. Primula algida Adams.). Novruzçiçəyikimilər (Primulaceae Vent.) fəsiləsinə aiddir.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür. [1][2]
Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]
Üzəri unlu ləkəli və ya çılpaq çoxillik ot bitkisdir. Kökətrafı yarpaqları sıx rozet əmələ gətirir. Kökümsovu qısadır, ağımtıl əlavə kökləri vardır. Yarpaqları (saplaqla) 2-4 sm uzunluqda, 0,5-2,5 sm enindədir, uzunsov-kürəkvari və ya tərs –yumurtavaridir. Təpə hissədən dairəvi və ya kütdür. Çiçək qrupu başcıqdır, 3-25 çiçəkli, sıxdır. Kasacığı 5-10 mm uzunluğunda, zəngşəkilli, 5 damarlıdır. Qutucuğu uzunsovdur. Toxumları düzgün olmayan yumurtavri, tünd-qonur, 0,5-0,8 mm uzunluqdadır [3].
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]
Çiçəkləmə aprel-iyun, meyvəverməsi may-iyun aylarında baş verir. Aşağı dağ qurşağından subalp qurşağına qədər meşə və meşə kənarlarında, kolluqların arasında, çəmənliklərdə rast gəlinir. Dekorativ bitkidir [3][4]
Yayılması[redaktə | mənbəni redaktə et]
Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Kiçik Qafqazın şimal, cənub və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi [3].[4] [5]
Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]
Antropogen təsirlər nəticəsində yayılma ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur .
Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]
Yay otlaqlarının sistemsiz və həddindən artıq otarılması. Xüsusi mühitə tələbkarlıq və dəyişən iqlim amillərinə həssaslıq.
Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]
Milli Park və qoruqların ərazisindəki areallarının nəzarətə götürülməsi. Mühafizə tədbirləri lazımi qaydada aparılsa, təbii bərpa yolu ilə qısa müddətdə vəziyyət müsbətə doğru dəyişə bilər.