Soyuq novruzçiçəyi

Soyuq novruzçiçəyi - (lat. Primula algida Adams.). Novruzçiçəyikimilər (Primulaceae Vent.) fəsiləsinə aiddir.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c+3c. Azərbaycanın nadir növüdür. [1][2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Üzəri unlu ləkəli və ya çılpaq çoxillik ot bitkisdir. Kökətrafı yarpaqları sıx rozet əmələ gətirir. Kökümsovu qısadır, ağımtıl əlavə kökləri vardır. Yarpaqları (saplaqla) 2-4 sm uzunluqda, 0,5-2,5 sm enindədir, uzunsov-kürəkvari və ya tərs –yumurtavaridir. Təpə hissədən dairəvi və ya kütdür. Çiçək qrupu başcıqdır, 3-25 çiçəkli, sıxdır. Kasacığı 5-10 mm uzunluğunda, zəngşəkilli, 5 damarlıdır. Qutucuğu uzunsovdur. Toxumları düzgün olmayan yumurtavri, tünd-qonur, 0,5-0,8 mm uzunluqdadır [3]


Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə aprel-iyun, meyvəverməsi may-iyun aylarında baş verir. Aşağı dağ qurşağından subalp qurşağına qədər meşə və meşə kənarlarında, kolluqların arasında, çəmənliklərdə rast gəlinir. Dekorativ bitkidir [3][4]

Yayılması[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın Quba sahəsi, şərq və qərb hissələri, Kiçik Qafqazın şimal, cənub və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi [3].[4] [5]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Antropogen təsirlər nəticəsində yayılma ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur . 

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yay otlaqlarının sistemsiz və həddindən artıq otarılması. Xüsusi mühitə tələbkarlıq və dəyişən iqlim amillərinə həssaslıq. 

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Milli Park və qoruqların ərazisindəki areallarının nəzarətə götürülməsi. Mühafizə tədbirləri lazımi qaydada aparılsa, təbii bərpa yolu ilə qısa müddətdə vəziyyət müsbətə doğru dəyişə bilər. 

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://redbook.az/?options=project&id=Soyuq%20novruz%C3%A7i%C3%A7%C9%99yi[ölü keçid]
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 1 2 3 Флора Азербайджана, 1957
  4. 1 2 Əsgərov A.M., 2005
  5. Tərtibçilərin məlumatları