Studio mənzil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Studio mənzil adətən bir otaqlı kiçik mənzildir. Belə tipli mənzilin içində daxili ara divarlar yoxdur və mətbəx, qonaq və yataq otağları bir sahədə yerləşdirir. 20-ci əsrin əvvəllərində studio mənzillər azsaylı mebel ilə və bəzən binalarda ortaq vanna otağı olan kiçik yaşayış yerlər idi.[1]

Bu günlərdə studio mənzillər daşınmaz əmlakın müxtəlif seqmentlərində təmsil olunur. Kiçik ölçülü mənzillər ekonom sinifə daxildir. Lüks binalarda isə böyük studio mənzillər də təklif olunur.

Müxtəlif ölkələr[redaktə | mənbəni redaktə et]

Argentina[redaktə | mənbəni redaktə et]

Argentinada bir otaqlı mənzili “monoambiente” adlanır (ispan dilində “mono” bir, “ambiente” isə otaqdır).

Avstriya, Almaniya[redaktə | mənbəni redaktə et]

Almaniyada bir otaqlı mənzili ənənəvi olaraq “Garçonnière” (fransız dilində “garçon” sözünün mənası oğlan, gənc və ya bakalavr-dır) və ya “Einzimmerwohnung” (“Ein” bir, “Zimmer” otaq, “Wohnung” isə mənzil deməkdir) adlanır.[2]

Honq Konq[redaktə | mənbəni redaktə et]

Honq-Konqda studio mənzili təxminən 10 kvadrat metr sahəsi və əlavə vanna otağı və mətbəx daxili olan bir mini-mənzildir. Yaşayış sahəsinin minimum ölçüsü bir avtomobil parkının ölçüsüdür.[3][4]

Kanada[redaktə | mənbəni redaktə et]

Kanadada studio mənzili “bachelor” (subay adamın mənzili) adlanır.

Portuqaliya[redaktə | mənbəni redaktə et]

Portuqaliyada studio mənzillər T0 (T-Zero) ilə təyin olunur, 0 rəqəmi mənzildə müstəqil yataq otağının olmadığını bildirir.[5]

İsveç[redaktə | mənbəni redaktə et]

İsveçdə studio mənzillərinə “etta” (vahid mənasında) deyilir. Onların sahəsi adətən 20-40 m² arasındadır.[6]

ABŞ[redaktə | mənbəni redaktə et]

ABŞ-da studio mənzillərin orta ölçüsü 46–56 m² arasınadır.[7]

Yaponiya[redaktə | mənbəni redaktə et]

Yaponiyada təxminən 10 m² sahəsi olan studio mənzilləri “wan rūmu manshon” (bir otaqlı xudmani ev) adlanır.[8]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Monoambiente". monoambiente.com.ar. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  2. "Недвижимость в Германии: стоит ли покупать, цены, лучшие регионы!". egrp.ru. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  3. "Жизнь в Гонконге - Дорогая недвижимость, отсутствие личного пространства и тайфуны". journal.tinkoff.ru. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  4. "迷你71呎開放式單位= 1個標準車位 點放傢俬好?". topick.hket.com. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  5. "Buying property in Portugal as a foreigner". wise.com. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  6. "Ett = One (1) & A; Etta = One-room flat". gothenburg-400.com. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  7. "The Truth About Apartment Square Footage". hotspotrentals.com. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.
  8. "Жильё в Японии (современные и традиционные дома)". miuki.info. 2022-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-06.