Studio mənzil adətən bir otaqlı kiçik mənzildir. Belə tipli mənzilin içində daxili ara divarlar yoxdur və mətbəx, qonaq və yataq otağları bir sahədə yerləşdirir. 20-ci əsrin əvvəllərində studio mənzillər azsaylı mebel ilə və bəzən binalarda ortaq vanna otağı olan kiçik yaşayış yerlər idi.[1]
Bu günlərdə studio mənzillər daşınmaz əmlakın müxtəlif seqmentlərində təmsil olunur. Kiçik ölçülü mənzillər ekonom sinifə daxildir. Lüks binalarda isə böyük studio mənzillər də təklif olunur.
Argentinada bir otaqlı mənzili “monoambiente” adlanır (ispan dilində “mono” bir, “ambiente” isə otaqdır).
Almaniyada bir otaqlı mənzili ənənəvi olaraq “Garçonnière” (fransız dilində “garçon” sözünün mənası oğlan, gənc və ya bakalavr-dır) və ya “Einzimmerwohnung” (“Ein” bir, “Zimmer” otaq, “Wohnung” isə mənzil deməkdir) adlanır.[2]
Honq-Konqda studio mənzili təxminən 10 kvadrat metr sahəsi və əlavə vanna otağı və mətbəx daxili olan bir mini-mənzildir. Yaşayış sahəsinin minimum ölçüsü bir avtomobil parkının ölçüsüdür.[3][4]
Kanadada studio mənzili “bachelor” (subay adamın mənzili) adlanır.
Portuqaliyada studio mənzillər T0 (T-Zero) ilə təyin olunur, 0 rəqəmi mənzildə müstəqil yataq otağının olmadığını bildirir.[5]
İsveçdə studio mənzillərinə “etta” (vahid mənasında) deyilir. Onların sahəsi adətən 20-40 m² arasındadır.[6]
ABŞ-da studio mənzillərin orta ölçüsü 46–56 m² arasınadır.[7]
Yaponiyada təxminən 10 m² sahəsi olan studio mənzilləri “wan rūmu manshon” (bir otaqlı xudmani ev) adlanır.[8]