TOGG

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
TOGG
Türkiye'nin Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş.
Loqonun şəkli
Şirkətin 2018-ci ildə təqdim edilmiş loqotipi[1]
Ümumi məlumatlar
Tipi Səhmdar cəmiyyəti
Sənaye Avtomobil sənayesi
Məhsulu Avtomobillər
Təsis tarixi 25 iyun 2018 (5 il əvvəl) (2018-06-25)
Baş qərargahın yeri Türkiyə Qəbzə, Kocaeli, Türkiyə
Struktur
İşçi sayı 4,323[2]
TOGG rəsmi veb-sayt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

TOGG — 25 iyun 2018-ci ildə fəaliyyətə başlamış Türkiyə mərkəzli avtomobil istehsalçısı. Anadolu qrup, Turkcell, TOBB, BMC, Zorlu Holding kimi məşhur birliklər, şirkətin əsas sahibkarlarıdır.

Tarixçə[redaktə | mənbəni redaktə et]

Türkiyədə yerli avtomobil istehsal etmək üçün birlikdə iş qərarı alan şirkət və təşkilatlar 2017-ci il noyabr ayında prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən açıqlandı.[3] Bu məqsədlə Anadolu Qrupu (19%), BMC (19%), Kök Qrupu (19%), Turkcell (% 19), Zorlu Holding (% 19) və Türkiyə Ticarət Palata və Birjaları Birliyi (5%) tərəfindən 25 iyun 2018-ci ildə Türkiyə Avtomobil Girişim Sənaye Qrupu ve Ticarət ASM (türk. Türkiye'nin Otomobili Girişim Grubu Sanayi ve Ticaret A.Ş.) quruldu[4]. Kök qrupunun 2019-cu ilin sentyabr ayında layihədən çəkiləcəyi iddia edilmişdir.[5] 2019-cu ilin oktyabr ayında şirkətin qərargahı Şişli İstanbuldan Kocaeli ilinin Qəbzə şəhərinə köçürüldü. Şirkətin baş direktoru Gürcan Qaraqaş, dizaynı 2019-cu ildə tamamlanacaq avtomobilin 2022-ci ildə satışa çıxarılacağını açıqladı.[6] TOGG Yerli Avtomobilin SUV və sedan modelləri 27 dekabr 2019-cu il tarixində təşkil edilən mətbuat konfransında təqdim edilmişdir.[7]

TOGG-nin Bursanın Gəmlik şəhərində elektrikli avtomobili olan maşın istehsal edəcəyi, dəyəri 22 milyard dollar olan bir fabrik quracağı açıqlandı.[8] Zavod üçün layihə əsaslı dövlət yardımının veriləcəyi açıqlandı.[9]

İlk alıcılarından[redaktə | mənbəni redaktə et]

Toggun ilk alıcılarından Azərbaycan Prezidenti İlham Əliyev olmuşdur. Bununla əlaqədar Rəcəb Tayyib Ərdoğana rəsmi tviter hesabında edilən paylaşımda demişdir:

" Qardaşım İlham Əliyev də Türkiyənin qüruru olan “Togg”u təhvil aldı. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi nəsib etsin, qardaşım. "

[10]

Modellər[redaktə | mənbəni redaktə et]

2019-cu ilin dekabr ayında təqdim olunan TOGG Türk milli avtomobilinin iki modeli, hər ikisi 300 km və ya 500 km aralığında olan elektrikli avtomobillərdir. Hər iki avtomobildə 8 illik batareya zəmanəti və 2-ci səviyyəli avtonom idarəetmə köməkçisi olacaqdır.

Ad Tip Elan Çıxış tarixi Mühərrik
TOGG (SUV) C-seqment SUV 27 dekabr 2019 2022 Elektrikli
TOGG (Sedan) C-seqment Sedan 2024
TBA C-seqment hetçbek Elan olunmamışdır 2030 ilinədək
TBA B-seqment SUV
TBA C-seqment MPV

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Yerli otomobilin logosu ortaya çıktı". Milliyet (türk). 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  2. "TOGG CEO'su yerli otomobili anlattı: Bataryası yerli, 30 dakika altında şarj". www.ntv.com.tr (türk). İstifadə tarixi: 21 mart 2020.
  3. "Yerli otomobili üretecek firmalar açıklandı". www.ntv.com.tr (türk). 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  4. "Yerli otomobil hakkında dosya" (PDF). TOGG. 2019-12-12 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  5. "Bir babayiğit gitti". www.haberturk.com (türk). 2019-12-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  6. "'Yerli otomobilin tasarımında sona gelindi'". BloombergHT (türk). 23 mart 2019. 2019-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  7. Ertunç, Mehmet Ali. "Tüm merak edilenler: Yerli otomobil özellikleri". Teknoloji Haberleri - ShiftDelete.Net (türk). 16 fevral 2020. 2020-08-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  8. "Yerli otomobil burada üretilecek". CNN Türk (türk). 2020-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 mart 2020.
  9. "Bursa İlinde Yapılacak Olan Elektrikli Otomobil Üretim Tesisi Yatırımına Proje Bazlı Devlet Yardımı Verilmesine İlişkin Kararın Yürürlüğe Konulması Hakkında Karar (Karar Sayısı: 1945)" (PDF). Resmigazete. 2019-12-28 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 21 mart 2020.
  10. "İlham Əliyev Ərdoğana təşəkkür etdi". 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]